“Bu təyinat çox gözlənilməz oldu”
Tarix: 10.08.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Düzü, mənim üçün bu təyinat çox gözlənilməz oldu. Əvvəl klubda mətbuat xidmətinin rəhbəri illərlə bir yerdə çalışdığım iş yoldaşım Firuz Abdulla idi. O, Müşahidə Şurasına yeni üzv seçiləndən sonra klubdan mənə təklif gəldi, mən də qəbul etdim”.
Bu sözləri Qol.az saytının müxbiri ilə söhbətində Premyer Liqanın debütantı olan “Səbail” klubunun mətbuat xidmətinin rəhbəri təyin olunan Törə Əhmədova bildirib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi T.Əhmədova bu təyinatla Azərbaycan futbol tarixində klubda mətbuat xidmətinin rəhbəri kimi çalışacaq ilk xanım olub.
O, klubla yanaşı, AFFA-da vəzifəsində də çalışacağını söyləyib: “Səbail”də müqavilə əsasında işləyəcəyəm”.
“Klubdakı işinizdə çətinliklərə hazırsınızmı” sualına T.Əhmədova belə cavab verib: “Futbol mühiti mənə yad deyil. Uzun illərdir AFFA-da Mətbuat Xidmətində çalışdığım üçün həmişə medianın diqqətində olmuşam. Amma klub işi fərqliliyi ilə seçilir. Mən çətinlikdən heç vaxt çəkinməmişəm. Çətin və məsuliyyətli işlərdə işləməyi sevirəm. Fikirləşırəm ki, çətin olmayacaq... Kluba gəlincə, yeni yaranıb. Bütün klublar kimi “Səbail”in də azarkeş dəstəyinə ehtiyacı var. Əminəm ki, azarkeşlərimiz bizi dəstəksiz qoymayacaqlar”.
T.Əhmədova klubun rəsmi saytının ümumilikdə hazır olduğunu deyib: “Lakin sayt hələ offline rejimdədir. Çalışacağıq ki, Premyer Liqada I tura saytı tam istifadə verək. Müəyyən texniki işlər qalıb”.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info