Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürə bilmədi
Tarix: 10.08.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Belə görünür ki, Qərb liderləri reallıqdan uzaqdırlar. Rusiya iqtisadiyyatının sanksiyalar hesabına tezliklə diz çökəcəyini iddia edənlər, indi də tərəddüd içində bu ölkədə baş verənləri müşahidə etməkdədirlər. «İnosmi.ru» saytında dərc edilmiş müəllif yazısı bu cəhətdən çox xarakterikdir. Yazıda deyilir ki, «2014-dən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar indi də ABŞ konqresi tərəfidən tam miqyaslı ticarət müharibəsi ilə davam etdiriləcək.
Bəs, Rusiyada hazırkı vəziyyət necədir?

Hər şeydən əvvəl xatırladaq ki, Ukraynada yaşanan böhran 2014-cü ildə Amerika Birləşmiş Ştatlarını Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə gətirib çıxardı. Xatırladaq ki, məhz həmin ilin iyul ayından başlayaraq dünya bazarında neftin qiymətində enmələr müşahidə edilməyə başladı. Təbii ki bu, iqtisadiyyatı neft -qaz satışı üzərində qurulan Rusiyaya təsirsiz ötüşmədi. Belə ki, 2013-cü ildə Rusiyanın neft və qaz satışından əldə etdiyi ixrac gəlirləri 68 faiz təşkil edirdisə, 2015-ci ildə bu göstərici 54 faizə endi. Əlbəttə, 2014-2016-cı illərdə Rusiya iqtisadiyyatında yaşanan tənəzzül şübhə doğurmurdu.
Əlbəttə, bu, hiperinflyasiya ilə müşahidə edilən bir dövr kimi də yaddaşlarda qalacaq. Həmin ərəfədə Rusiya həyatında cinayətkarlıq sürətli artmağa, pensiya sistemi dağılmağa başladı. Ölkədə qida təchizatındakı uğursuzluq narazılıqla müşahidə edilsə də, yerli xalq tərəfindən o qədər də büruzə verilmirdi. Bununla belə, bu dövrü bəzi rusiyalılar Rusiyanın 1990-1998-ci illəri ilə müqayisə eisələr də, həmin dövrlə eyniləşdirmirdilər.
Maraqlıdır ki, Dünya Bankı 2017-ci ildə Rusiya iqtisadiyyatı ilə bağlı «Tənəzzüldən bərpaya» adlı hesabatda artıq ölkə iqtisadiyyatındakı tənəzzülün sona çatdığını və yeni bərpa dövrünə daxil olduğunu bildirir. Bununla yanaşı, ölkədəki məşğulluq nisbətinin artdığı xüsusi qeyd edilir. Dünya Bankının hesabatını tədqiqat kimi götürsək, belə demək olar ki, Rusiya, Avropanın bəzi siyasətçilərinin iddia etdikləri «iflas ölkə» olmaqdan uzaqlaşmaqdadır. Qəribədir, nələr baş verir... Hər şeydən əvvəl qeyd edilməlidir ki, sanksiyalar bu ölkəyə zərər versə belə, eyni zamanda xeyir də gətirib. İlk olaraq, ölkənin kənd təsərrüfatı Avropaya əvəz tapdı, ölkə sənayesi isə yeni həll variantları ortaya qoydu. Təbii ki, qonşu Çinlə artan ticarət əlaqələri burada öz sözünü dedi. Qeyd edilməlidir ki, bu ilin birinci altı ayı ərzində Çinlə Rusiya arasındakı ticarət əlaqələri 26 faiz artıb. Bu dövr ərzində Rusiyanın əsas neft tədarük etdiyi ölkə Çin oldu və bu sahədə Səudiyyə Ərəbistanını ikinci yerdə qərarlaşmağa məcbur etdi. Mütəxəssislərin hesablamalarına görə, əgər Rusiya-Çin əlaqələri bu temp üzrə davam edərsə, ilin sonuna qədər iki ölkə arasındakı illik ticarətin həcmi 80 milyard dolları ötəcək. Qeyd edək ki, hər iki ölkə 2020-ci ilə qədər ticarət həcminin səviyyəsini 200 milyard dollara çatdıracaqlarını gizlətmirlər. İnvestisiya fondu yaradan iki ölkə ABŞ dollardan istifadə etmədən ticarət əməliyyatlarının aparılması istiqamətində ilk addımlar da atmaqdadırlar.
ABŞ-ın təhriki ilə Avropanın Rusiyaya qarşı tətbiq edəcəyi növbəti sanksiyalar çətin ki, bu ölkəyə böyük zərər vura biləcək, əksinə, belə görünür ki, bundan daha çox Avropa zərər çəkəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info