“Dəniz Kuboku-2017”-nin bağlanış mərasimi keçirilib
Tarix: 11.08.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. APA-nın xəbərinə görə, bağlanış mərasimi musiqili proqrami ilə başlayıb.
 
Sonra meydana "Qalibiyyət" kuboku və  “Dəniz Kuboku–2017” yarışlarında iştirak edən ölkələrin dövlət bayraqları gətirilib, "Dəniz Kuboku–2017” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
 
 
Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.
İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.
Qalib komandalara kubok və medalları Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin təqdim ediblər. 
Bildirilib ki, "Qalibiyyət" kuboku 6 ay Azərbaycanda qaldıqdan sonra Rusiyaya təqdim olunacaq. Eyni zamanda, Rusiya komandasına mükafat olaraq müasir kater veriləcək. Bundan sonra Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib.
 
Müdafiə nazirinin müavini K. Vəliyev müsabiqənin şəffaf şəkildə keçirildiyini diqqətə çatdırıb.
 
O əlavə edib ki, yarışların keçirilməsi üçün Azərbaycan tərəfindən yüksək şərait yaradılıb.
 
Nazir müavini "Dəniz kuboku-2017" beynəlxalq müsabiqəsini bağlı elan edib.



Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info