Lerikdə tütün əkini sahələri 25 hektara çatdırılıb
Tarix: 11.08.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Lerik Rayon İcra Hakimiyyətində Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Yığıncaqda rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək respublika müşavirəsində dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqları iştirakçıların diqqətinə çatdırıb, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, 2016-cı ildə Lerikdə ilk dəfə olaraq 10 hektarda tütün əkilib. Bu il isə tütün əkini sahələri 2,5 dəfə artırılaraq 25 hektara çatdırılıb. Sahələrdən 5,4 ton yaş tütün yarpağı yığılaraq rayondakı qurutma məntəqəsinə təhvil verilib.
Çıxışlarda bildirilib ki, cari ildə rayonda fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı müəyyən işlər görülüb. Yerli sahibkarlar tərəfindən Zaqatala, Balakən və Qəbələ rayonlarından Lerikə gətirilən 60 minə yaxın fındıq tingi 50 hektar sahədə əkilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin respublika müşavirəsində proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, yerli əhalinin də səyləri səfərbər olunmalı, planlı iş qurulmalı, sahibkarlara lazımi kömək göstərilməlidir.
Yığıncaqda rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev, kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, təcrübəli tütünçülər Mirzəmməd Salayev və Gəray Qənbərov çıxış edərək, Lerikdə tütünçülüyün inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info