Şahbuzda festival təşkil olunub
Tarix: 11.08.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Şahbuz şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Şahbuz Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən festivalda Şahbuz rayonunda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin kollektivləri iştirak ediblər.
Əvvəlcə 2016-2017-ci tədris ilində keçirilən müsabiqələrdə uğur qazanan Şahbuz rayonunun məktəbdənkənar müəssisələrinin 6 ən fəal dərnək üzvü və 6 ən yaxşı dərnək rəhbərinə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tərəfindən diplomlar təqdim olunub.
Tədbirin aparıcıları qeyd ediblər ki, muxtar respublikada uşaqların sağlam, bilikli, vətənpərvər böyümələri üçün geniş imkanlar mövcuddur. Belə ki, hər il muxtar respublikada ümumtəhsil müəssisələri üçün yeni binalar tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədris ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunur, açıq və örtülü idman qurğuları yaradılır. Bunu Şahbuz rayonunun da timsalında aydın görmək olar. Son illər rayonda 23 ümumtəhsil məktəbi ilə yanaşı, idman, şahmat məktəbləri və Uşaq Yaradıcılıq Mərkəzi üçün binalar tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin ixtiyarına verilib. Rayonda fəaliyyət göstərən 6 məktəbdənkənar müəssisə də hərtərəfli qayğı əhatəsindədir.
Sonra rayonun məktəbdənkənar müəssisələrində fəaliyyət göstərən istedadlı uşaqların hazırladıqları əl işləri – rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub, bir-birindən maraqlı mahnılar səsləndirilib. Uşaq və yeniyetmələr şahmat oynayıb, idmançılar bacarıqlarını nümayiş etdiriblər. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən festival rayon sakinləri tərəfindən də maraqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info