“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi”
Tarix: 11.08.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Xoşbəxtəm. Karyeramda ən yaxşı uğura imza atdım. Bunu bacaracağıma inanırdım.”. Bu sözləri Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Ramil Quliyevin uğuru ilə əlamətdar olub. 2011-ci ildə ölkəmizi tərk edən və 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyan sprinter 200 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyaraq, tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb.
Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev qələbə sevincini bölüşüb: “Atmosfer gözəl idi. Yarışa baxmağa çoxlu insan gəlmişdi. Tribunalar dolu idi və bu bizi xoşbəxt edirdi. Mənim üçün inanılmaz yarış oldu. Useyn Boltun da bu turnirdə iştirak etməsini istərdim, amma olmadı. O, karyerasını bitirdi. Boltun gedişindən sonra qələbəyə inamımız artıb (gülür). Useyn getdi, yerinə başqa idmançılar gəlir. Sıra bizdədi, inşallah, daha yaxşı olar”.
Ramil Boltun yoxluğunda da yarışın çətin keçdiyini bildirib. Qələbədən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuran atlet bu barədə də danışıb: “Bütün rəqiblərim yaxşı hazırlaşmışdılar. Kim güclü idisə, o da qələbə qazandı. Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi və bunu etdim. İnanıram ki, gələcəkdə daha artığını edə bilərəm. Dünya çempionatındakı nailiyyət növbəti mövsüm üçün mənə əlavə güc verir. Növbəti hədəfim olimpiada medalı qazanmaqdı”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info