Azərbaycanda ödənişli yollar tikiləcək
Tarix: 02.05.2013 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda ödənişli avtomobil yollarının tikintisi nəzərdə tutulur.
Bu, «Avtomobil yolları haqqında» qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər layihəsində əksini tapıb.
Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bu əlavə və dəyişikliklər layihəsinə əsasən, ölkədə avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər.
Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Balakəndə meyvə istehsalı 900 tondan çox artıb
11.11.2019
Rusiyanın neft gəlirləri azalıb
10.11.2019
Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir
08.11.2019
Azərbaycan nefti bahalaşıb
08.11.2019
Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info