Qiymətli kağızlar bazarına maraq artıb
Tarix: 14.08.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Bakı Fond Birjasında (BFB) SOCAR istiqrazları ilə əməliyyatların belə aktiv olmasının əsas səbəbi adı çəkilən istiqrazların likvidliyi və şərtlərinin əlverişli olmasıdır.
Bunu AZƏRTAC-a Bakı Fond Birjasının (BFB) Ticarət və Üzvlük Qrupu rəhbəri Rəxşəndə Əlili bildirib.
“İlk növbədə bu SOCAR istiqrazlarının likvidliyinin göstəricisidir. Hazırda yerli qiymətli kağızlar bazarında belə likvid alətlərin olması sevindirici haldır”, - deyə BFB-nin təmsilçisi bildirib.
R.Əlilinin sözlərinə görə, SOCAR istiqrazlarına böyük marağın olacağı hələ istiqraz buraxılanda məlum olmuşdu: “SOCAR istiqrazlarının abunə yazılışı zamanı ümumi təklif həcmindən təxminən 2 dəfə çox tələb yığılmışdı. Bu fakt özlüyündə SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının aktiv olacağına işarə idi”.
BFB-nin nümayəndəsi bildirib ki, hazırda istiqrazlara olan tələb istiqrazların əlverişli şərtləri ilə yanaşı, SOCAR-a inamın da göstəricisidir: “Sözsüz ki, bazarda müşahidə olunan aktiv marağın və istiqrazlara olan tələbin əsasında emitentin fəaliyyəti, beynəlxalq reytinqi, maliyyə göstəriciləri və istiqrazların təklif etdiyi faiz dərəcəsi dayanır”.
Eyni zamanda, Bakı Fond Birjası tərəfindən SOCAR istiqrazları üzrə market-meykerin təyin edilməsi, SOCAR-ın da təkrar bazar əməliyyatları zamanı təminatçı olması istiqrazlarla alqı-satqıların həcminə və istiqrazın likvidliyinə əhəmiyyətli təsir edir.
R.Əlilinin sözlərinə görə, SOCAR istiqrazlarının buraxılması və onlarla əməliyyatların böyük aktivliyi Azərbaycan qiymətli kağızlar bazarı üçün böyük əhəmiyyət daşıyır: “Belə ki, 2016-ci ilin son rübündə baş tutan bu emissiya Qiymətli Kağızlar Bazarı haqqında Qanunun tələblərinə uyğun olaraq Bakı Fond Birjasının (CETA) ticarət platforması vasitəsilə aparılan ilk abunə yazılışı qaydasında kütləvi təklif olmuşdur. Emissiyanın (kütləvi təklifin) həcminin çox olması və istiqrazların bölüşdürülməsi zamanı SOCAR tərəfindən fiziki şəxslərə üstünlük verilməsi nəticədə insanlarda ümumilikdə qiymətli kağızlara və xüsusilə SOCAR istiqrazlarına marağı daha da artırdı”.
BFB-nin təmsilçisi bildirib ki, mövcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti kimi hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir.
Xatırladaq ki, buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq SOCAR istiqrazları üzrə təkrar bazarda əməliyyatlarının həcmi 100 milyon dolları, yəni istiqraz emissiyasının öz həcmini üstələyib. Bu da Azərbaycanın qiymətli kağızlar bazarında dövriyyə həcminə və əməliyyatların intensivliyinə görə ilk belə haldır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info