Tito Vilanova: “Messi kimi oyunçunun yoxluğunda belə olur”
Tarix: 02.05.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Yupp Haynkes: “Mən ispan futbolunu, xüsusilə
Katalon klubunu yaxşı tanıyıram”

“Mən “Bavariya”nı finala çıxdığı üçün təbrik edirəm. Bizimlə görüşdə onlar yüksək səviyyədə oyun göstərdilər. Matçın əvvəlindən sonuna qədər bizə dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm”. Bu sözlər “Barselona”nın baş məşqçisi Tito Vilanovaya məxsusdur. 44 yaşlı mütəxəssis məyus olduğunu da deyib: “Qonaqların ikinci hissənin əvvəlində vurduğu qol bizi məyus etdi. Bu, ölümcül zərbə idi. Əgər onları bizimlə müqayisə etmək lazımsa, “Bavariya” fiziki hazırlığın yüksək səviyyəsi ilə istədiyinə nail oldu. Münhen klubunun oyunçuları çox gözəl formadadır”. Vilanova Lionel Messini meydana buraxmamasına da toxunub: “Messi “Atletik”lə matçda oynadı və özünü daha yaxşı hiss edirdi. Amma sonradan o, özünü yaxşı hiss etmirdi və ümumi qrupda məşq edirdi. Lionel anladı ki, bu vəziyyətdə komandaya kömək edə bilməyəcək. Və bu, normaldır ki, Messi kimi oyunçunun yoxluğunda belə olur”. “Barselona”nın prezidenti Sandro Rossel də “Bavariya”nı təbrik edib: “Mən oyunçularımla fəxr edirəm. Düşünürəm ki, yekunda 7:0 çox böyük hesabdır, amma “Bavariya”nın xidmətini də çox kiçiltmək lazım deyil. Onlar açıq-aydın bizi üstələyirdilər. Finala keçməyi isə hələ Münhendə əldən vermişdik. Əlbəttə, Lionel Messinin yoxluğu hiss olunurdu. Lakin qalan oyunçular da mübarizə apardılar. Və mən komandamla, texniki heyətlə və azarkeşlərlə fəxr edirəm. Düşünürəm ki, hazırda “Bavariya” Avropanın ən güclü komandasıdır və onlar finalda qalib gələcəklər. Hesab etmirəm ki, ispan klubları bu mövsüm Çempionlar Liqasında pis çıxış etdi. İndi biz növbəti mövsümə diqqətimizi yönəltməliyik”. "Bavariya"nın baş məşqçisi Yupp Haynkes isə bildirib ki, komandası əla oyun göstərib: "Komandam oyuna yaxşı başladı. Matçın əvvəlindən sonuna qədər üstün oynadıq. Güclü bir komanda olduğumuzu hər kəsə göstərdik. “Barselona”nın çox futbolçuları çatışmırdı və biz də ağıllı oyun göstərdik. Mən ispan futbolunu, xüsusilə Katalon klubunu yaxşı tanıyıram. Onların oyun tərzi mənə daha yaxındır". Təcrübəli mütəxəssis Messinin oynamaması haqqında da danışıb: "Barselona” Messisiz tamamilə başqa komandadır. Bunu inkar etmək lazım deyil. Axı bizdən heç kim belə qələbə gözləmirdi".




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Barselona“dan darmadağın
29.11.2020
“Barselona” bu müdafiəçini istəyir
29.11.2020
“Atletiko” və “Sevilya”ya 1 qol bəs edib, “Real” evdə uduzub
28.11.2020
“Barselona” futbolçuları ilə razılığa gəldi
26.11.2020
Gimnastlarımız Kiyevdə Avropa Çempionatının finalına çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info