Xidməti müqavilə ilə muzdla işə düzələn fiziki şəxsdən vergi tutularaq büdcəyə ödənilir
Tarix: 14.08.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Şirkətdə xidməti müqavilə ilə yeni işə düzələn fiziki şəxs konsaltinq xidməti göstərirsə, onda hansı vergi öhdəliyi yaranır və qeydiyyatla bağlı sənədlər tələb olunurmu?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, əmək qanunvericiliyinə uyğun olaraq muzdlu işçi kimi fəaliyyət göstərilən təqdirdə, həmin şəxslə əmək müqaviləsi bağlanmalı və işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqavilələrinin bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.
Bu halda muzdla işləyən şəxsin vergi orqanından VÖEN alması tələb olunmur və əldə edilən gəlirlərdən vergi öhdəliyi işəgötürən tərəfindən yerinə yetirilir. Belə ki, muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə ödəmə mənbəyində işəgötürən tərəfindən gəlir vergisi hesablanaraq tutulur, bəyan edilməklə dövlət büdcəsinə ödənilir. Fərdi sahibkar kimi müəssisəyə məsləhət xidməti göstərilərsə, sahibkarlıq fəaliyyətinə başlanılan günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq olar. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, fiziki şəxsdən icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və sair) ibarət olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info