“Bakını görəndə tanımadım”
Tarix: 02.05.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Sona qədər oynaya bilmədim. Hər halda, qocalıq sevinc deyil”. Bu fikirləri Gürcüstan milli komandasının sabiq baş məşqçisi Aleksandr Çivadze deyib.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş veteranlar arasında yoldaşlıq görüşündə beynəlxalq yığmanın heyətində azərbaycanlılara qarşı oynayan keçmiş müdafiəçi artıq ilk hissədə mübarizəni dayandırıb. Belə ki, SSRİ yığmasının sabiq kapitanı 60 dəqiqəlik matçın ikinci hissəsində artıq mülki geyimdə matçı kənardan izləyib.
58 yaşlı Çivadzenin sözlərinə görə, hazırkı vəziyyətdə yalnız bir hissə meydanda ola bilərdi: “Yaxşı, maraqlı oyun oldu. Nə qədər canlı əfsanələr oynayırdı... Hər şey yüksək səviyyədə idi. Bizdən gənclər meydanda yaxşı, aqressiv idilər. Hər halda, yaş öz sözünü deyir”. O, hamının normal təsir bağışladığını bildirib: “Heç kimi fərqləndirmək istəmirəm. Doğrudur, bizdən qolu həmyerlim Arçil Arveladze vurdu. Digər gürcü futbolçulardan Kaxaber Sxadadze müdafiənin arxasında, Tengiz Sulakveridze sağında yaxşı idi. Şota Arveladze isə komandasının oyunu olduğuna gələ bilmədi”. Gürcü mütəxəssis uzun fasilədən sonra Bakını görəndə, xoş sürprizlə üzləşib: “Bakını yaxşı mənada tanımadım, çox gözəlləşib. Mən buna çox şadam. Azərbaycan futbolunda da inkişaf gedir. Bunlar məni sevindirir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub
19.11.2019
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq
19.11.2019
24 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına 5 milyon manat ayrılıb
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
“Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info