“Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir”
Tarix: 14.08.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində “Azərbaycandan olan yəhudi tibb qəhrəmanı: Qavril İlizarovun həyatı” sərlövhəli məqaləsi dərc edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, müəllif məqalədə tibb elmindəki ixtirası ilə nəinki Azərbaycanda, həmçinin keçmiş sovet məkanında, eyni zamanda ABŞ, İtaliya və keçmiş Yuqoslaviya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində məşhurlaşan Azərbaycandan olan yəhudi cərrah-ortoped, akademik Qavril İlizarovun həyatı haqqında məlumat verir.
Bununla yanaşı, müəllif Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini yüksək qiymətləndirərək ölkəmizdə müxtəlif dinlərə mənsub insanların hər birinin uğurlu həyat qurmaq üçün bərabər imkanlara malik olduğunu vurğulayır. Məqalədə qeyd edilir ki, Azərbaycanda böyüyən bütün dinlərin nümayəndələrinin - yəhudi, xristian və müsəlmanların müvəffəqiyyət qazanmaqda, eləcə də dünyaya böyük töhfə verməkdə bərabər hüquqları var. Qavril Abramoviç İlizarovun həyatı bu mənada örnəkdir. İlizarovun həyat hekayəsinə nəzər yetirdikdə görə bilərik ki, bir çox dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda bir yəhudinin alim və məşhur həkim kimi formalaşması üçün hər cür şəraiti olan tolerant mühit və hər kəsin bərabər hüquq və azadlıqları var.
Məqalədə qeyd olunur ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.
Qeyd edək ki, Milix Yevdayev ABŞ mətbuatında mütəmadi olaraq Azərbaycanda yaşayan yəhudilər və ölkəmizdəki tolerantlıq mühiti barədə yazılarla çıxış edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info