Daha bir yolda təmir işləri başa çatıb
Tarix: 14.08.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində "Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tikinti işləri tamamilə yekunlaşıb.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən yolun əsaslı şəkildə yenidənqurulması texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə adı çəkilən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 km-lik hissəsində aparılıb. Tikinti işləri çərçivəsində küçənin eni 4-5 metr arasında ərazidən asılı olaraq 9-12 metrə qədər genişləndirilib.

Daha sonra yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.

Yol yatağının tikintisindən sonra asfaltlanma işləri görülüb ki, ümumilikdə yolun asfaltlanması üçün 20 min kvadratmetr sahəyə 2 qat 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib.

Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.

Qeyd edək ki, layihəyə uyğun bütün işlər tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolcizgi və yolgöstərci xətlərinin çəkilişi işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info