Yapon televiziyası:”Azərbaycanda Yaponiyanı çox sevirlər”
Tarix: 14.08.2017 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Avqust ayının 9-u və 10-da, hər biri təxminən 30 dəqiqə olmaqla Yaponiyanın məşhur Kansay televiziyasının ən baxılan verilişlərindən biri olan “Hodo Ranna” verilişində Azərbaycana həsr olunmuş xüsusi verilişlər yayımlanıb. Verilişlərin hazırlanmasında Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü, həmyerlimiz Əlibəy Məmmədov yaxından iştirak edib.
Verilişi hazırlamaqda məqsəd Bakı şəhəri və Azərbaycan haqqında osakalıları məlumatlandırmaq olub. Belə ki, həm Osaka şəhəri, həm də Bakı şəhəri 2025-ci il EXPO-suna namizədliyini irəli sürüblər. Verilişi hazırlayan Kansay televiziyasının baş ofisi isə məhz Osaka şəhərində yerləşir. Onlar Osakanın rəqibi olan Bakı şəhərini daha yaxından tanımaq üçün Azərbaycana öz nümayəndələri göndəriblər.
Kansay televiziyasında iş səfərində olan Əlibəy Məmmədov vurğulayıb ki, veriliş ümumən həm Azərbaycan, həm də Bakı şəhərinin Yaponiyadakı təbliğatı işində çox mühüm rol oynayıb.
Yaponlar Bakı şəhərinin həddindən artıq təmiz olmasına, burada həyat səviyyəsinin yüksək olmasına heyran qalıblar. Verilişdə Bakı şəhərinin təmizliyi dəfələrlə vurğulanıb.
Bakı şəhərinin görməli yerləri, Qız Qalası, Şirvanşahlar sarayı, Xalça muzeyində olublar. Nizami küçəsində, Dənizkənarı milli parkda yerli insanlarla və xarici turistlərdən müsahibələr alıblar.
Azərbaycanda artmaqda olan turistlərin sayı verilişin diqqətindən yayınmayıb.
Azərbaycan mətbəxi xüsusilə təqdim olunub. Qeyd olunub ki, Plov Azərbaycan mətbəxinin şahıdır. Azərbaycanda çəkilişlərdə iştirak edən yaponiyalı aparıcı xüsusilə qutab və kətəni çox bəyənib.
Aparıcı, eyni zamanda Yanar Dağda olub. O qeyd edib ki, Azərbaycan zəngin neft ölkəsidir. Yaponiyada büdcə əsas etibarilə vergi ilə tənzimlənsə də, Azərbaycanda bu daha çox neftlə tənzimlənir. Azərbaycan hökuməti neftdən gələn vəsaitlərlə ölkə iqtisadiyyatına inkişaf etdirib. İnsanların gəlirləri artmaqdadır.
Yaponiyalı xanım aparıcı həm də Naftalan neft vannalarını qəbul edib. Naftalan neftinin insan sağlamlığına olan xeyri və müsbət nəticələri haqqında geniş müzakirələr aparılıb.
Azərbaycanın Avropa və Asiyanı birləşdirən, geosiyasi cəhətdən kifayət qədər əlverişli mövqedə yerləşməsi xüsusilə qeyd olunub. O da bildirilib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər.
Sonra yaponiyalı aparıcılar Bakı şəhərinin Yaponiyanın Osaka şəhəri üçün çox güclü, çətin və səviyyəli bir rəqib olduğunu bildiriblər.
Qeyd edək ki, 2025-ci il EXPO-su üçün Bakı və Osaka ilə yanaşı, həm də Paris və Yekaterinburq şəhərləri də öz namizədliyini irəli sürüblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info