“York Premyer Liqamızda çıxış edə bilər”
Tarix: 02.05.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Veteran futbolçumuz Vəli Qasımov Avropadan olan həmkarlarına qarşı keçirilmiş yoldaşlıq oyunundan sonra müsahibə verib:

-Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Mənim üçün bu oyunda iştirak etmək çox xoş oldu. Çoxdan idi, bu səviyyədə bir oyunda çıxış etmirdim. Xeyli ulduz futbolçular bir araya gəlmişdi və kifayət qədər yaxşı oyun sərgilədilər. Oyundan çox həzz aldım.
- Siz meydanda ən yaxşılardan idiniz. Deyəsən, mütəmadi məşq edirsiniz...
- Çalışıram formada qalmaq üçün məşq edim.
-İki qol da vurdunuz...
- Belə alındı. Meydana çıxırsansa, qol vurmaq lazımdır.
-Qarşılaşma 3:3 hesabıyla başa çatdı. Belə razılığa gəlmişdiniz?
- Danışılmış oyunları deyə bilmirəm. Amma bu, şou xarakterli qarşılaşma idi. Bunu azarkeşlər üçün oynayırıq.
- Bizim veteranlar ikinci hissədə Berti Foqtsun yer aldığı sol cinahdan daha çox hücumlar qururdu. Bununla onu işsiz qoymağa çalışırdınız?
- Şəxsən mən Fotqsu aldatmırdım. Heç kiminsə bunu etmək istədiyini də düşünmürəm. Amma bu, futboldur və hər kəs özünü göstərmək istəyir. Özü də belə oyunlarda.
-Kimə qarşı oynamaq daha çox xoş idi?
- Meydanda dünya futbolunun xeyli ulduz oyunçusu var idi. Yorka, Çivadzeyə, Şusterə qarşı oynamaq çox maraqlı oldu. Bernd Şuster yavaş hərəkət edirdi, amma səviyyə nümayiş etdirirdi.
-Rəqibin heyətində ən yaxşı olan York, sizcə, Azərbaycan çempionatında çıxış edə bilər?
- Fikrimcə, hə. O, karyerasını yenicə başa vurub. Hiss olunur ki, hələ də yaxşı formadadır.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
SOCAR İstanbul klubuna sponsor olacaq?
22.11.2019
Emil Balayev mövsümün ən yaxşısı seçildi
22.11.2019
Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində 16 medal qazanıblar
22.11.2019
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb
22.11.2019
“Real“ “Ayaks“ın qapıçısını istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info