Gənclər Alban məbədləri ilə tanış olublar
Tarix: 14.08.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Yerində tarix” adlı eko turun növbəti mərhələsi həyata keçirilib. Bu dəfə ekotur iştirakçıları Gəncə şəhəri ətrafında yerləşən qədim Alban məbədləri ilə tanış olublar.

Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 100-dən çox ekoturçu səhər saatlarında YAP Gəncə şəhər Təşkilatının qarşısından avtobuslara minib adından da bəlli olduğu kimi Nizami yurdunun tarixini yerində öyrənməyə yola düşüblər.

Ekotur ilk olaraq qədim Alban Məbədlərinə ziyarətlə başlayıb.

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə günümüzədək qorunan abidələr haqqında ekotur iştirakçılarına ətraflı məlumat verib.

Gənclər tarixi tikilinin ətrafında təmizlik işləri aparıb, ərazini alaq otlarından təmizləyiblər.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, professor Akif Süleymanov ekotur iştirakçıları ilə söhbət aparıb, onların dünyagörüşünün, bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrini veriblər. Bildirilib ki, ekotur ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərinin daha da zənginləşdirilməsində, onlar arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində Vüsal Qasımov tərəfindən “Bədən dili” adlı təlimə qatılan gənclər geniş müzakirələr aparıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info