Oğuzlu fermerlər 21 ton quru tütün istehsal ediblər
Tarix: 14.08.2017 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Oğuz rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. Fermerlər bu günədək sahələrdən 300 tondan çox yaşıl tütün kütləsi toplayaraq qurudulması üçün “Azərtütün” MMC-nin Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Bundan əlavə, oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək yetişdirdikləri yerli tütün sortlarından 21 ton quru tütün də istehsal ediblər. Bu barədə rayon İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.
Xatırladaq ki, 2017-ci ildə Oğuz rayonunun təsərrüfatlarında 200 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Oğuzlu fermerlər bu il 31 hektar sahədə “Virciniya” növlü ətirli, 169 hektar sahədə yerli tütün sortları yetişdiriblər.
Hazırda rayonda 17 ailə-fermer təsərrüfatı tütünçülüklə məşğul olur. Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğı, tütün istehsalçılarına subsidiyaların ayrılması kənd əhalisinin bu gəlirli sahəyə marağını xeyli artırıb.
Bucaq kəndindən olan fermer Rəftar Əhmədli uzun illər qarğıdalıçılıqla məşğul olub. O, hər il yüz hektardan çox sahədə qarğıdalı yetişdirir. Fermer bu il ilk dəfə 43 hektar sahədə tütün əkib, yaxşı da məhsul yetişdirib. Təsərrüfat rəhbəri bildirib ki, indiyədək qəbul məntəqəsinə 81 ton yaşıl tütün kütləsi təhvil verib. Fermer, eyni zamanda, 2,3 ton quru tütün istehsal edib. Hazırda bu təsərrüfatda 30-dan çox mövsümi işçi çalışır.
Rayonda tütün yığımı davam edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub
18.09.2018
Sığorta bazarında yeni məhsul
18.09.2018
Vüsal Qasımlı: “Strateji Yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info