Almaniya məhkəmələri miqrantların “şikayət axını”nın öhdəsindən gələ bilmir
Tarix: 14.08.2017 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Almaniyanın dpa agentliyi xəbər verir ki, ölkənin inzibati məhkəmələrində miqrantların şikayətlərinin sayı hədsiz artıb. 2015-ci ildə belə müraciətlərin sayı 50 min, 2016-cı ildə 100 min idisə, 2017-ci ildə onların sayı ikiqat artaraq 200 minə çatıb. Miqrantların əksəriyyəti qaçqın statusu və ya Almaniyadan müddətsiz sığınacaq hüququ almaq barədə müraciətlərinə Miqrantların və Qaçqınların işləri üzrə Federal İdarədən (BAMF) rədd cavabı alınmasından şikayətçidir. Almaniya Hakimlər İttifaqının inzibati işlər üzrə rəhbəri Robert Zeyeqmüller vəziyyəti dramatik adlandırıb. Zeyeqmüller nəzərə çatdırır ki, son ilyarım ərzində hakimlərin sayı əvvəlkinə (2000 nəfərə) nisbətən xeyli artıb, lakin məhkəmələr vakant yerlərə kifayət qədər namizəd tapa bilmirlər. O deyir ki, məhkəmələrin çoxunda çatışmayan təkcə işçilər və iş yerləri deyil. Zeyeqmüllerin sözlərinə görə, qarşıdakı qısa müddət ərzində ştatlı işçilərin sayını artırmaq, əlavə maliyyə və iş yerləri tapmaq lazımdır. O, həmçinin ərizələrə baxılması prosesini necə sürətləndirmək məsələsi üzərində işləməyi də təklif edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info