Milli musiqimizə hörmət edək!
Tarix: 02.05.2013 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


|

Cəmiyyət, ictimai həyat yaşadığımız mühitin əsas özəyidir. Bir gəncin həyatda inkişaf mərhələsində cəmiyyətin rolu böyükdür. Lakin cəmiyyətdə tarazlığın pozulmasının nəinki gəncliyə, hətta gələcəyimizə mənfi təsir göstərəcəyini başa düşmək çox da çətin deyil. Bu haqda mənim öz fikirlərim var. Musiqi hər bir xalqın keçmişi, bu günü və gələcəyini aydın şəkildə əks etdirən incəsənət sahəsidir. Bu, bəzən tarixi bəlli olmayan, lakin müasir dövrümüzə qüsursuz gəlib çatan mədəniyyət nümunəsidir. Bizim xalqın da mədəniyyət dünyasında milli ornament dəyərlərinə malik olmasını hər kəs bilir. Cəmiyyətdə bunu bilməyən tapılmaz ki, muğamlar, təsniflər, xalq mahnıları, aşıq musiqisi hər bir vətəndaşın agah olduğu milli incəsənətimizin bariz nümunəsidir.
Bəs bu gün bəziləri milli musiqimizə nə dərəcədə hörmət göstərir, dəyər verir? Mən bu suala cavab tapmaq fikrindəyəm…Bir ixtisasım da musiqi ilə bağlı olduğundan mənim üçün bu mövzu ilə bağlı düşüncələrimi bölüşürəm.
Söhbət cəmiyyət arasında yüksək səslə oxudulan, milli yox, bayağı musiqilərə maraqdan gedir. Ötən gün şəhərin böyük prospektlərinin birində çox vaxt olduğu kimi, böyük tıxac vardı. Həmin tıxacın insan sağlamlığına nə qədər mənfi təsir göstərdiyini hamı bilir. Burada vaxtı dəyərləndirmək və əsəb gərginliyini aradan götürməyin yeganə yolu gözəl və həzin musiqiyə qulaq asmaqdır. Bunu hər kəs bilir. Lakin mənim gördüklərim tam əks xarakter daşıyırdı. Şəxsi avtomobil sahiblərinin həmin tıxacda bayağı və dəyərsiz musiqilərə qulaq asmaları, musiqi zövqümüzün hansı səviyyəyə düşməsini açıq aydın şəkildə büruzə verirdi. Vətəndaşların bayağı musiqilərə qulaq asmaları bir yana, hətta onlar yüksək səslə, cəmiyyət arasında narahatçılığa səbəb olacaqlarını düşünmürlər. Bu, təkcə böyük prospektlərdə deyil, tıxac zamanı binalararası küçələrdə belə, hərəkət edən avtomobil sürücüləri üçün adi hala çevrilib.
Bəs görəsən, bu cür laqeydliklə biz hara gedirik? Milli musiqimizə nə qədər dəyər verməyə çalışırıq ki, küçələrdə xalq mahnılarının əvəzinə, bayağı, dəyərsiz, heç bir gəncin gələcəyinə, mənəvi ruhunun saflaşmasına təsir etməyən musiqilərə qulaq asırıq? Bu suallar bizi həmişə düşündürməli, ən əsası, tədbir görməyə vadar etməlidir. Çünki milli dəyərlərimizə məhz milli musiqimizə hörmət edərək sahib çıxmaq daha realdır. Gələcəyimiz olan bu günün uşaqları, sabahın gəncləri bu musiqilərə qulaq asa-asa böyüyürlərsə, onda biz gələcəkdə onları necə milli ruhda görə bilərik? Öncə bayağı “mahnı”ların efir məkanlarında reklam olunması, daha sonra “məşhurlaşması” üçün şərait yaradılmasını milli musiqimizin dəyərinin itməsi hesab edirəm.
Bu vəziyyəti düşünmək belə, milli dəyərlərə sadiq olan insanlar üçün çox acı versə də, bir tədbir görməyin zərurətə çevrildiyini düşünürəm.




 
Müəllifin son yazıları

26.06.2014 Avropa bizi gözləsin...
19.03.2013 Novruzlu günlərimiz, Novruzlu gələcəyimiz…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info