“China Daily”: “Ticarət müharibəsi” həm ABŞ-a, həm də Çinə zərər verə bilər”
Tarix: 14.08.2017 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


“Amerika Birləşmiş Ştatlarının Çinə qarşı əqli mülkiyyət pozulması halları adı altında istintaq araşdırmalarına başlaması iki ölkə arasında «ticarət müharibəsi»nə gətirib çıxara bilər». Bu fikirlər Çinin “China Daily” nəşrində yer alıb.
Çinin Ticarət Nazirliyinin Beynəlxalq İqtisadi və Ticarət Əməkdaşlığı İnstitutunun tədqiqatçısı Mey Sinyuy da ABŞ-ın birtərəfli hərəkətlərini önə çəkərək bunun “ticarət müharibəsi”ilə yekunlaşacağını bildirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Politico” nəşri də Amerika qaynaqlarına istinadən, prezident Donald Trampın Çinə qarşı “ABŞ-ın əqli mülkiyyət hüquqları və texnologiya transferi pozulması” adı altında istintaqa başlanacağı barədə göstəriş verəcəyini bildirmişdi. Bununla yanaşı, Trampın 1974-cü ildə qəbul edilmiş Ticarət Qanununun 301-ci maddəsindən istifadə etmək niyyətində olduğu da qeyd edilib. Xatırladaq ki, bu maddə malların ixracı üçün maneələr tətbiq etməyə imkan verir ki, bu da nəşrin bildirdiyi kimi, idxal tariflərinin artırılmasına gətirib çıxara bilər.
Yaşananlara münasibət bildirən çinli tədqiqatçı 301-ci maddədə müəyyən delimitasiyalar mövcud olduğunu önə çəkərək, Çin şirkətlərinə qarşı 1998 və 2009-cu illərdə də çoxsaylı araşdırmalar həyata keçirildiyini bildirib. Mey Sinyuya görə, bütün bunlara baxmayaraq, Çin iqtisadiyyatı davamlı inkişafdan qalmayıb: “Amerika Birləşmiş Ştatlarının Çinə qarşı tətbiq etdiyi 301-ci maddə ölkəmizin iqtisadi inkişafına o qədər də təsir etməyəcək»
Bu arada qeyd edilməlidir ki, Pekində Amerika Birləşmiş Ştatlarının qəbuledilməz təzyiqlərini Çinin Şimali Koreya ilə apardığı ticarətlə də əlaqələndirirlər.
“Koreya yarımadasında nüvə məsələsi problemi və Çinin ABŞ ilə ticarət əlaqələrini bir-biri ilə bağlı problem kimi dəyərləndirmək doğru deyil. Qarşı tərəfin bundan istifadə edərək Çinə qarşı hər hansı bir qəbuledilməz qərar verməsi, təbii ki, yolverilməzdir” -deyə, ötən gün Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin bildirib: “Çinlə ABŞ-ın əməkdaşlıq maraqları daha çox hörmət əsasında qurulmalıdır. Koreya yarımadasındakı nüvə məsələsi ilə ticarət və iqtisadi məsələlər müxtəlif sahələrdir. Məhz buna görə də, Çin və ABŞ hər iki istiqamətdə əməkdaşlığı gücləndirməlidirlər. Bundan əlavə, hər iki dövlət qarşısında yaranmış sualdan təzyiq aləti kimi istifadə tamamilə yolverilməzdir”. Çin səlahiyyətlisi “ticarət müharibəsi”oyunlarınının heç bir gələcəyi olmadığını, əksinə, belə bir addımın hər iki ölkəyə ikiqat zərər verə biləcəyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info