Yeni Zelandiyada qadağan edilmiş adlar
Tarix: 02.05.2013 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Yeni Zelandiyada uşaqlara qoyulan yasaqlanmış rəsmi adlar siyahısı hazırlanıb.
“Nyusru”nun məlumatına görə, bu siyahıya 77 həddindən artıq əcaib adlar daxil edilib. Mütəxəssislər hesab edir ki, həmin adların körpələrə verilməsi gələcəkdə onların psixikasına ciddi mənfi təsir göstərə bilər.
Həmin siyahıya daxil olan və yeni zelandiyalıların öz övladlarına vermək istədiyi adlardan örnəklər: “V8” (8 silindrli mühərrikin markası), “Nöqtə”, “4 Real” (“Forial”, yaxud “Həqiqətuğrunda”), “Mafia No Fear” (“Mafiya qorxulu deyil”), habelə “2nd” (“İkinci”), “3rd” (“Üçüncü”) və s.
Bundan başqa, uşaqlara “Kral”, “Hersoq” və “Şahzadə” adları da verilə bilməz. Kraliça Viktoriyanın da adı “qara siyahıya” düşüb.
Bu siyahı Yeni Zelandiyada baş vermiş bir neçə məhkəmə prosesindən sonra tərtib olunub. 2008-ci ildə ata-ana doğulduğu yerlə əlaqədar olaraq, 9 yaşlı qızı məhkəmə vasitəsi ilə “Talula Does The Hula From Hawaii” (“Talula Havayın hula rəqsi”) adlandırmaq istəyib.
Başqa bir cütlük isə körpəyə “Number 16 Bus Shelter” (“16 saylı avtobusun marşrutunun dayanacağı”) adını verməyə çalışıb.
Ailə başçısı əkiz övladlarına tanınmış siqaret markasının adını vermək qərarına gəlib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Bütün gecəni mobil telefonla oynayan qız kor oldu
15.11.2019
Krım zooparkında cırtdan donuzlar məhv edildi
15.11.2019
Almaniyada casus məktəbi açılıb
15.11.2019
Mobil telefonu cibinizdə gəzdirməyin
13.11.2019
Məşhur müğənni qumarda120 min dollar uduzdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info