Naxçıvanda təşkil olunan yarmarkada bolluq müşahidə olunur
Tarix: 15.08.2017 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması mühüm rol oynayır. Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan növbəti satış yarmarkasına 300-dən çox məhsul istehsalçısı satışa 65 tona yaxın mövsümi kənd təsərrüfatı məhsulu çıxarmışdı.
Burada alıcılara müxtəlif növ ərzaq, meyvə-tərəvəz, ət və süd məhsulları, müxtəlif çeşiddə çərəzlər təklif edilirdi. Yarmarkada ənənəvi olaraq muxtar respublikada fəaliyyət göstərən 26 istehsal müəssisəsi 87 adda, 175 çeşiddə məhsul satışa çıxarmışdı. Qiymətlərin bazar qiymətindən 10-25 faiz aşağı olması alıcıların da ürəyincə idi. Onlar yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq edirdilər.
Şəhər sakini Sona Məhərrəmova yarmarkadan razı qaldığını və öz torpağımızda yetişən meyvə-tərəvəzin başqa yerin məhsulları ilə əvəz olunmadığını dedi. Müsahibimiz qiymətlərin də münasib olduğunu söyləməklə yanaşı, bazarda məhsul bolluğu olduğunu söylədi. O, kənd təsərrüfatı yarmarkalarını təşkil edənlərə öz minnətdarlığını bildirdi.
Digər şəhər sakini Abasət Əlverdiyev ilə də həmsöhbət olduq. O dedi ki, satış yarmarkası qiymətlərin aşağı salınmasına gətirib çıxarıb. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun olaraq formalaşıb. Müsahibimiz belə yarmarkaların müntəzəm olaraq təşkil edilməsindən razılığını ifadə etdi.
Yarmarkaya Ordubad rayonunun Dəstə kəndindən tərəvəz məhsulları gətirmiş Süleyman Əliyev burada kənd adamları üçün əlverişli şəraitin yaradıldığını bildirdi. Dedi ki, meyvə-tərəvəz məhsullarına yarmarkada maraq böyükdür və çəkdiyimiz zəhmət hədər getmir.
Qeyd edək ki, muxtar respublikada təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər. Bu isə onların məhsullarını asanlıqla satmasına imkan yaratmaqla yanaşı, istehlakçıların tələbatının ödənilməsini təmin edir.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Beş ayda 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
19.06.2019
Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşüb
19.06.2019
Nəsimi rayonunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
19.06.2019
38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info