Avropada yumurta böhranı böyüyür
Tarix: 15.08.2017 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Problem Avropa qitəsini aşaraq Honq Konqa qədər yayılıb: Hollandiya mənşəli mayonez, dondurma kimi yumurta tərkibli digər ərzaq məhsulları ilə bağlı tədbirlər görüləcək

Almaniyada “Aldi” marketlər şəbəkəsinin avqust ayının əvvəlində Hollandiyadan idxal edilən yumurtaları satışdan çıxarması ilə yumurta böhranı başlayıb. Bu böhran hollandiyalı ferma təmizlik şirkəti olan “Chickfriend”ın, belçikalı böcəklə mübarizə firması “Poultry Vision”dan aldığı “fipronil” tərkibli dərmanları yumurta fermalarında istifadə etməsi ilə bağlıdır.
Ötən müddətdə ingilis supermarket şəbəkələri olan “Sainsburys”, “Morrisons”, “Waitrose” və “Asda” Hollandiyadan idxal edilən yumurta tərkibli buterbrod və salatları da satışdan yığışdırıb. Belçika, Hollandiya və Almaniyadakı marketlər də milyonlarla yumurtanı dükanların rəflərindən götürüblər. Buna oxşar tədbirlərin Niderland mənşəli mayonez, dondurma kimi yumurta tərkibli digər qida məhsulları üçün də həyata keçirilməsi gözlənilir.

Türkiyədəki yumurtalar araşdırılır
Türkiyə Ərzaq Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi qitədə baş verənləri yaxından izləyir. Nazirliyin məlumatında qeyd edilir ki, istehsalçı firmalar və marketlərdən yumurta nümunələri götürərək qadağa qoyulan “fipronil” maddəsinin olub-olmaması ilə bağlı araşdırma aparılır. Nazirlik nümayəndələri yumurta nümunələrinin toplanıb analiz edildiyini, prosesin davam etdiyini söyləyib. Yumurta İstehsalçıları Birliyinin sədri Həsən Konya isə analizlərin davam etdiyini bildirib: “Nazirlik, istehsalçılar və marketlərdən nümunələr toplayır. Alınan ilk nəticələrə görə mənfi vəziyyət yoxdur ". Avropada baş verənləri anlaya bilmədiklərini deyən Konya bildirib ki, belçikalı nümayəndələr vəziyyətin ilk olaraq 2016-cı ilin noyabr ayında təsbit edildiyini söyləyirlər: “Qaçaq şəkildə bu maddəni necə istifadə ediblər, bu günə qədər necə gizlədiblər, bəlli deyil. Guya ən yaxşını, ən doğrunu AB edir. Quş qripi, salmonella onlarda aşkarlandı. İndi də bu problem ortaya çıxıb”.

Böhran Honq Konqa qədər çatıb
Avropadakı istintaq hələlik iki firma ilə bağlı davam edir. Bunlar Belçikanın böcəklə mübarizə firması “Poultry Vision” və bu firmanın məhsullarını satdığı hollandiyanın ferma təmizlik şirkəti “Chickfriend”dir. “Poultry Vision” həmin şirkətə məhsul satdığını təsdiqləsə də başqa açıqlama verməyib. Bu firmalarla əlaqəli olduğu təsbit edilən 100-dən çox ferma bağlanıb.
Belçika, Hollandiya, Almaniya və Fransadakı yumurta fermalarında istehsal edilən “fipronilli” yumurtaların- Fransa, Almaniya, Böyük Britaniya, İrlandiya, Belçika, Hollandiya, İspaniya, İsveç, Avstraliya, İtaliya, İsveçrə, Rumıniya, Polşa, Luksemburq, Danimarka, Slovakiya, Sloveniya və Honq Konqda satıldığı təsbit edilib. İngiltərədə 700 min, Almaniyada 10,7 milyon, Hollandiyada 10 milyon və Fransada 244 min “zəhərli” yumurta olduğu bildirilir. Davam edən istintaqla bağlı məlumat verən AB Komissiyası nümayəndəsi, Hollandiya, Belçika, Almaniya və Fransada dərman təsbit edilən fermaların bağlandığını açıqlayıb. Fransa kənd təsərrüfatı naziri Stephane Travert, aprel ayından bu yana “fipronil” istifadə edilən təsərrüfatlardan 250 min yumurtanın satıldığı, bu fermaların bağlanılacağını söyləyib. Honq Konq hökumətinin qida təhlükəsizliyi mərkəzi də Hollandiyadan gələn yumurtalarda “fipronil” təsbit edildiyini və marketlərdən bu məhsulları yığışdıracaqlarını bildirib.
Qeyd edək ki, “fipronilli” yumurta probleminin çox sayda ölkəni əhatə etməsi ilə bağlı AB toplantı keçirməyi düşünür. Belə ki, böhranın yaşandığı Avropa ölkələri sentyabr ayında bu mövzunu müzakirə edəcək. AB-nin səhiyyə üzrə nümayəndəsi Vytenis Andriukaitis bildirib ki, problemin yayıldığı ölkələrin müvafiq nazirlikləri ilə toplantının keçirilməsi labüddür. Dəri üzərindən qəbul edilən “fipronil Deqa-16” adlı dezinfeksiya maddəsi toyuqlara, onlardan da yumurtalara keçib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info