Rus milyarder Naomi Kempbelldən ayrılır
Tarix: 02.05.2013 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Rus milyarder Vladimir Doronin dünyanın ən məşhur supermodellərindən biri Naomi Kempbellə münasibətlərə son qoymaq qərarına gəlib. “New York Post” bildirir ki, 50 yaşlı Doronin və 42 yaşlı Naomi 5 ildən bəri birlikdə yaşayırdılar. Srağagün Doronini Nyu-Yorkdakı ziyafətlərdən birində sarışın qadınla görüblər.
“Naomi və Vladimirin münasibətləri eşq yox, işgüzar təmaslardır. Onlar bir-birilərinə pis yanaşmırlar, amma ikisi də işgüzar adamlardır. Hər biri öz işi ilə məşğuldur və ayrılıqda çox vaxt keçirirlər”-deyə Naomi Kempbellin rəfiqələrindən biri deyib. Doroninin münasibətlərə son qoymasının səbəblərindən biri kimi Naomi Kempbellin yeni layihəsi, “The Face” teleşousu da göstərilir. Buna rəğmən, rus milyarderin supermodelin mayın 22-də İbisa adasında keçiriləcək ad gününə qatılacağı da deyilir. Xatırladaq ki, Vladimir Doronin qaradərili supermodellə 5 ildən bəri birlikdə olsa da, arvadı Yekaterinanı boşamayıb. Yekaterina ilə nikahdan V.Doroninin Yekaterina adlı qızı var.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
Nar meyvəsi “Viaqranı” əvəz edə bilər
02.12.2020
Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı
30.11.2020
Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
27.11.2020
Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
27.11.2020
Bu xurma koronavirusun qənimidir – Yapon alimləri - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12128

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info