“Qlobal Gənc Liderlər Forumunun keçirilməsi ölkəmiz üçün önəmlidir”
Tarix: 15.08.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


"Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının Mədəniyyətinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır”. Bu sözləri Azərbaycan Türkiyə Evinin içraçı direktoru, Diaspor.az saytının rəhbəri Toğrul Allahverdili Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, tədbirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı keçirilməsi forumu daha da önəmli edib: “Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Dörd gün davam edəcək Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən “Şvarzman”, “Rodos”, “Fulbrayt”, “Marşal”, “Truman”, “Mitcel”, “Geyts” kimi nüfuzlu proqramların, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir. Forumda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər öz əksini tapacaq. Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da diaspora və lobbi siyasəti ilə bağlıdır . Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək istərdim ki , Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın, Heydər Əliyev Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info