Dövlət qayğısı yevlaxlı fermerlərin pambığa olan marağını artırıb
Tarix: 15.08.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı yevlaxlı fermerlərin bu strateji məhsula olan marağını artırıb.
Yevlax rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, bu il rayonda 2168 hektar sahədə pambıq əkilib ki, bu da ötən ildəkindən 733 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərirlər. Bu il fermerlərlə müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə 1718 hektar, “Yevlax Kənd Təsərrüfatı” MMC ilə 450 hektarda çiyid səpini həyata keçirilib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının direktoru Şaban Həsənov pambıqçılıqla məşğul olan fermerlərin ilbəil artdığını, pambıq tarlalarının genişləndiyini bildirib: “Əgər 2016-cı ildə 85 nəfərlə müqavilə bağlanmışdısa, bu il 215 nəfərlə müqavilə imzalanıb. “MKT-Yevlax” filialı ilə müqavilə bağlayanların və innovasiya təsərrüfatının hesabına cari ildə 1718 hektar sahəyə yüksək kondisiyalı və məhsuldar toxum səpilib. Yaxşı çıxış alınıb, barlı kollar yetişib”.
Hazırda pambığın qəbulu, saxlanması və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə pambıq qəbulu məntəqəsində tikinti-abadlıq və yenidənqurma işləri aparılır. Mövcud 7 ədəd pambıq yığılacaq talvarın dam örtükləri dəyişdirilir, yanğın təhlükəsizliyini və hazır məhsulun texnoloji tələblərə uyğun saxlanılmasını təmin etmək məqsədilə 13 ədəd müasir standartlara cavab verən meydançalar inşa olunur. 50 tonluq elektron tərəzi və qapançı otağı da yenilənir. İşlərin bu ayın 20-dək yekunlaşması nəzərdə tutulur.
Aran qəsəbə sakini Arzu Səfərov pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 125 hektarda çiyid səpmişəm. Məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparır, tarlalara bar suyu veririk. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info