Cari ilin yanvar-iyul aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 437,1 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 20,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 57,3 faiz, əczaçılıq məhsullarının istehsalında isə 2,2 dəfə artıb.
Əsas kimya məhsullarından izopropil spirti istehsalı 23 faiz, lak-boya məmulatlarının istehsalı 58,5 faiz, metil spirti istehsalı 2,7 dəfə artıb.
Bununla yanaşı, oksigen istehsalı 69,7 faiz azalıb. Rezin və plastmas məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 22,2 dəfə, polivinilxlorid borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 15,3 dəfə artıb.
Mahmud
|