2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
Tarix: 15.08.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Köləlik indeksinə görə AB daxilində kölə kimi çalışanlar ən çox Rumıniya, Yunanıstan və İtaliyadadır


Dünya 21-ci əsr içərisində olsa da ən primitiv iş gücü olan köləlik hələ davam edir. “Thomson Reuters Fondu”nun araşdırmasına görə, 2017-ci ildə köləliyin ən çox artdığı bölgə Avropa Birliyi oldu. Bu artımın əsas səbəbi isə dünyanın digər bölgələrində yaşanan anarxiyadan qaçıb Avropaya sığınan qaçqın sayının çoxalmasıdır.
İngilis araşdırma şirkəti “Verisk Maplecroft” tərəfindən nəşr olunan qlobal quldarlıq indeksinə görə, AB üzvü olan 28 ölkənin 20-sində köləlik başda kənd təsərrüfatı və tikinti olmaq üzrə bir çox sektorda artım göstərib.
“Verisk Maplecroft”un İnsan Haqları üzrə mütəxəssis Sam Haynesin qiymətləndirməsinə görə, qaçqın böhranı Avropa daxilində köləlik riskini daha da artırıb. Beynəlxalq Əmək Təşkilatına (ILO) görə isə qlobal miqyasda uşaqlar da daxil olmaqla 21 milyon insan məcburi şəkildə çalışdırılır. Bu iqtisadiyyatın illik həcmi isə 150 milyard dollar səviyyəsindədir. Köləlik indeksinə görə AB daxilində köləlik ən çox Rumıniya, Yunanıstan və İtaliyada mövcuddur.
2017-ci ildə yalnız dənizlərdən Avropaya gələn qaçqın sayının 115 min ətrafında olduğu təxmin edilir. Avropaya getmək üçün insan qaçaqçılarına böyük pullar ödəyən qaçqınlar Avropaya addım atdıqlarında bu şəxslərə ödəniş edə bilməyəcək dərəcədə borclanırlar. Bu vəziyyət də qaçqınları istəmədikləri işlərdə qul kimi çalışmağa vadar edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info