11 sentyabr faciəsində istifadə olunan təyyarənin qalığı tapılıb
Tarix: 02.05.2013 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


ABŞ polisi 11 sentyabr hücumları zamanı istifadə olunan təyyarənin qalığını aşkar edib. ABŞ-ın Nyu-York şəhərində 2001-ci il 11 sentyabr tarixində Dünya Ticarət Mərkəzinə edilən terror hücumu zamanı istifadə olunan təyyarənin qalığı polis tərəfindən müsadirə olunub. 115,6 kiloqram ağırlığı olan metal parça ötən həftə yaşayış binası ilə məscidin arasında polis müfəttişi tərəfindən aşkarlanmışdı.
Ərazidə çalışan polis müfəttişi təyyarənin qalığını məscidin tavanından görüb. Ötən gün iki saata yaxın çəkən əməliyyat sonrasında metal parça Bruklin polisinə təhvil verilib. Nyu-York Polisinin İstintaq Şöbəsinin nümayəndəsi Uilyam Obrinin sözlərinə görə, metal parçanın çıxarılması zamanı bəzi polislər gərgin anlar yaşayıblar: “Təyyarənin qalığı hazırda daha çox tarixi əhəmiyyət kəsb edir. Biz metal parçanı düşdüyü yerdən çıxararkən ona heç bir ziyan dəyməməsi üçün əlimizdən gələni etdik. Əməliyyat zamanı onun bütün tərəfləri olduğu kimi saxlanıldı. Biz müəyyən qədər emosional davrandıq. Əməliyyatda iştrak edən Fövqəladə Xidmət Şöbəsinin bəzi əməkdaşları 11 il əvvəl Dünya Ticarət Mərkəzində insanların xilasedilməsi əməliyyatlarına cəlb olunmuşdular. Bu, onlara həmin günü xatırlatdı”. Qeyd edək ki, rəsmilərin sözlərinə görə, metal parça təyyarənin quyruq hissəsinə aiddir. Terror aktı zamanı qaçırılan hər iki təyyarə isə “Boeing 767” tipli təyyarələr olub.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
03.12.2020
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
03.12.2020
Türk Şurası Azərbaycana başsağlığı verib
03.12.2020
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03.12.2020
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info