Naxçıvanda “Yay məktəbi” təşkil olunub
Tarix: 15.08.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları tərəfindən Ağbulaq İstirahət Mərkəzində idmançıların “Yay məktəbi” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, federasiyaların 60 idmançısını Ağbulaq İstirahət Mərkəzində təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Tanışlıqdan sonra idmançılar nahar ediblər. Onlar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da təşkil olunub.
İkinci gün idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Sonra isə onlar üçün tamaşa göstərilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Futbol yarışı da yaddaqalan olub. İdmançılar Şahbuz Dövlət Təbiət Qoruğunu da ziyarət ediblər. Nahar yeməyindən sonra gənclər Naxçıvan şəhərinə qayıdıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info