“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq
Tarix: 15.08.2017 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ``Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.
Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir.
İşlər çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanmış, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanmış, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılmışdır. 3 ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilmiş və qülləaltı postament qoyulmuşdur. Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info