Azərbaycanlı müəllim beynəlxalq festivalda ustad dərsləri keçib
Tarix: 15.08.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan Dövlət Universitetinin Alabuğa İnstitutunda keçirilən 8-ci beynəlxalq müəllimlər festivalında Azərbaycanı Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət təmsil edib. Festivala Rusiya ilə bərabər, ABŞ, Almaniya, Türkiyə, Avstriya, İrlandiya, Belarus, İsrail də daxil olmaqla 30-a yaxın ölkədən beş yüzədək iştirakçı qatılıb. Tədbirdə Almaz Həsrət iştirakçı müəllimlərə tədrisdə yeni texnologiyaların tətbiqi ilə bağlı iki ustad dərsi keçib. Böyük maraqla qarşılanan dərslərdə iştirakçılara Azərbaycan təhsilindəki təcrübə, xüsusilə də yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində aparılan işlər barədə də məlumat verilib. Almaz Həsrət öz ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanaraq iştirakçıların bir çoxu üçün yeni sayıla biləcək təqdimatlarla çıxış edib. Onun olduqca faydalı dərsi iştirakçılarda Azərbaycan təhsilinə xüsusi maraq oyadıb. Azərbaycanlı müəllimə bu dərslərini Rusiyanın başqa ali təhsil müəssisələrində də keçməsi təklif edilib. Alabuğa İnstitutunun rektoru Yelena Merzon Azərbaycanlı ekspertin festivalda iştirakını yüksək dəyərləndirib. Qeyd edib ki, Kazan Dövlət Universiteti bu əməkdaşlığa xüsusi önəm verir. O, artıq ikinci dəfə ustad dərsi vermək üçün dəvət edilmiş Almaz Həsrətin öz təcrübəsini təkcə ölkəsində deyil, kənarda da həvəslə paylaşdığını deyib. Tədbirin sonunda iştirakçılara sertifikatlar və ixtisasartırma diplomları təqdim edilib. Almaz Həsrət və digər ustad dərsi keçənlər isə xüsusi diplomlarla təltif ediliblər. Həmçinin azərbaycanlı müəllimə işlədiyi qurumun rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info