İran nüvə proqramı ilə bağlı razılaşmadan imtina edə bilər
Tarix: 15.08.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Oleq Morozov: “Nüvə texnologiyasının nəzarətsiz yayılması heç bir tərəfə fayda verə bilməz. Bu məsələnin həlli Rusiya üçün də önəm kəsb edir”

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı sanksiyaları genişləndirməyə davam etdirəcəyi təqdirdə Tehranın nüvə proqrammı ilə bağlı razılaşmadan imtina edəcəyini bildirib. Bu barədə məlumatı “Frans Press” agentliyi yayıb. “Sanksiyaların uğursuz təcrübəsi onları danışıqlar masasına gətirdi. Əgər, onlar əvvəlki təcrübəyə qayıtmaq istəyirlərsə, biz günü sabah əvvəlki vəziyyətimizə qayıtmağa hazırıq”- deyə Həsən Ruhani bildirib. O, qeyd edib ki, son aylar dünya tərəflər arasında imzalanan tədbirləri planının ABŞ tərəfindən pozulmasına şahidlik edir. “RİA Novosti” xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü Oleq Morozov İranı müqavilədən imtina etməməyə çağırıb: “Düşünürəm ki, biz status-kvonu saxlamaq və İranı inandırmaq üçün hər cür səy göstərməliyik. Nüvə texnologiyasının nəzarətsiz yayılması heç bir tərəfə fayda verə bilməz. Bu məsələnin həlli Rusiya üçün də önəm kəsb edir”.
Xatırladaq ki, İran və "altılıq" ölkələri 2015-ci ilin iyununda nüvə məsələsi ilə bağlı tarixi razılaşma imzalayıblar. Həmin müqavilədə birgə fəaliyyətlə bağlı plan qəbul edilib. Bu plana əsasən BMT Təhlükəsizlik Şurası, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyaları aradan götürülürdü. Qeyd edilməlidir ki, bu plan 2016-cı ilin yanvarında qüvvəyə minməli idi. Bundan əvvəl ABŞ İranın raket proqramı üzrə 18 təşkilat və fiziki şəxsinin adını sanksiya siyahısına daxil etdi. Amerika Birləşmiş Ştatları bunu nüvə proqramına dair kompleks tədbirlər planının şərtlərinə uyğun həyata keçirdiyini bəyan etmişdi. Vaşinqtonun sanksiyalarını pisləyən Tehran da qarşı tərəfin şirkət və vətəndaşlarına qarşı belə bir addımın atıla biləcəyini bəyan etdi. Bunun ardınca isə İran parlamenti qarşı tərəfin sanksiyalarına cavab olaraq öz raket proqramını inkişaf etdirmək 520 milyon dolların ayrılması ilə bağlı qanun layihəsini təsdiqlədi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info