Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edilib
Tarix: 15.08.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqənin mövzuları aşağıdakılardır: müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; istedadlı uşaqlarla işin təşkili; ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi; şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; məktəblərarası əməkdaşlığın inkişafı. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına sentyabr ayının 20-dən sonra başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min (yüz min), fərdi kateqoriya üzrə 10 min (on min) manatdan çox olmamalıdır. Layihələrin təqdim olunmasına dair əsas tələblər: ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Fərdi kateqoriya üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız bir layihə təqdim edə bilər. Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcək. Təhsil Nazirliyi ilə müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər. Layihə təklifləri avqust ayının 15-dən başlayaraq təqdim edilə bilər. Layihə sentyabrın 10-u saat 18.00-dan gec olmayaraq “grants@edu.gov.az” elektron poçtuna göndərilməlidir. Layihə təklifləri “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır. Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info