Taleb Rifai Dünya Turizm Günü münasibətilə ictimaiyyətə müraciət edib
Tarix: 15.08.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Taleb Rifai 27 sentyabr - Dünya Turizm Günü münasibətilə ictimaiyyətə müraciət edib. BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin müraciətində turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. Bu il qeyd ediləcək Dünya Turizm Gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. BMT Baş Məclisi 2017-ci ili “Beynəlxalq Davamlı Turizm İli” elan edib. Bu bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Vurğulanır ki, hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır. Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.
Xatırladaq ki, bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info