Dünya Skaut Komitəsinin Bakı konfransında vacib qərarlar qəbul ediləcək
Tarix: 15.08.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Yaponiyanı təmsil edən Hiroşi İvasaki:
“Bakı konfransı təşkilatçılığına görə ən yaxşısıdır”


Polşadan olan iştirakçı Adam Rakovski:
“Azərbaycan hökumətinin bu konfransı yüksək səviyyədə təşkil etməsi skaut hərəkatına verdiyi dəstəyin təzahürüdür”

Azərbaycan artıq beynəlxalq tədbirlərin-konfrans, forum, idman yarışları, mədəniyyət tədbirlərinin keçirildiyi bir mərkəzə çevrilib. Bir neçə gündür ki, Azərbaycanda daha bir tarixi konfrans keçirilir. Ölkəmiz dünyanın dörd bir yanından skautları qəbul edir. Bakıda təşkil olunan skautlarla bağlı 41-ci Dünya Skaut Konfransı böyük tədbirdir. Artıq ölkəmizə gələn yüzlərlə qonaq nəinki bu tədbirin əhəmiyyəti haqqında danışır, xalqımızın qonaqpərvərliyi, ölkəmizin müxtəlifliyini hiss etdiyini dilə gətirirlər. Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə də əvvəlkilərdən fərqlənir. Həmçinin, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsi kimi də dəyərləndirilməlidir.
Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub. Konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Açılışda Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərkən deyib ki, təşkilat daha da böyüyəcək. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını xatırladan qonaq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğunu dedi və bildirdi ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalıdırlar və birgə işləməlidirlər. Hərəkatın qlobal həmrəylikdə oynadığı roldan söz açan Əhməd əl-Hindavi diqqətə çatdırıb ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar. Əhməd əl-Hindavi deyib ki, konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək.
Gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxuyub. Prezidentin məktubunda Azərbaycan cəmiyyətinin skaut hərəkatının ideallarını asan qəbul etdiyi vurğulanır. Bildirilir ki, “Müsbət dəyişikliklərə birlikdə” şüarı altında keçirilən konfrans ölkəmizdə hökm sürən multikulturalizm ideallarına uyğundur. Məktubda vurğulanır ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan dialoqun mərkəzidir.
“Bakı kimi gözəl bir şəhərdə bu konfransın keçirilməsi sevindiricidir”
Artıq konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə tanış olur və təcrübə mübadiləsi aparır, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edirlər. Beynəlxalq tədbirin iştirakçıları Bakı konfransının yüksək təşkilatçılığından və ölkəmizin gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən heyranlıqla danışırlar. Konfransın Polşadan olan iştirakçısı Adam Rakovski deyib: “Biz əvvəlcə Qəbələdə olduq. Orada çox yaxşı vaxt keçirdik. Bakı isə ecazkar şəhərdir. Dəniz kənarını gəzmək, şəhərinizlə tanış olmaq baxımından bu konfrans dünya skautları üçün çox gözəl fürsət yaradıb”. Nigeriyalı Skot Aigbovia Bakıdakı təşkilatçılıqdan razıdır: “Bakı konfransına hazırlıq səviyyəsi, insanların qonaqpərvərliyi məni valeh etdi. Konfransın təşkilatçıları öhdəliklərini yüksək səviyyədə yerinə yetiriblər. Azərbaycan hökumətinin bu konfransı yüksək səviyyədə təşkil etməsi skaut hərəkatına verdiyi dəstəyin təzahürüdür”. Sudanı təmsil edən Musaab Mahmud isə deyib: “Belə gözəl təşkilatçılığa görə təşəkkür edirəm. Çox əhəmiyyətli konfransdır. Mən Sudan televiziyasını təmsil edirəm. Bu konfrans və Azərbaycan ilə bağlı geniş reportaj hazırlayacağam”. Norveçli Freja Dohrn Ellefsen da yaradılan şəraitdən razı olduğunu dilə gətirib: “Konfransın gənc iştirakçısı olaraq yaradılan şəraitdən çox razıyam. Bu böyük miqyaslı tədbirdə hər kəsdən yeni nə isə öyrənirəm, təcrübə toplayıram. Bakıya ilk dəfədir gəlirəm. Olduqca fərqli, ecazkar şəhərdir. Paytaxtınızı çox sevdim”. Yaponiyanı təmsil edən Hiroşi İvasaki ilə Konfransa Çindən qatılmış Hsiu Lan Ma da razılıqlarını bildiriblər: “Möhtəşəm bir konfransda iştirak edirik. Mən çox konfranslarda olmuşam. Amma deyərdim ki, Bakı konfransı təşkilatçılığına görə ən yaxşısıdır. Müxtəlif ölkələrin nümayəndələri bir araya gələrək səmərəli müzakirələr aparır, vacib qərarlar qəbul edirlər. Paytaxtınız möhtəşəmdir. Qonaqpərvərliyinizə isə söz ola bilməz”. Hsiu Lan Ma: “Azərbaycana gəldiyimə görə çox şanslıyam. Müxtəlif regionlardan insanlarla görüşürük, təcrübə mübadiləsi aparırıq. Bakı kimi gözəl bir şəhərdə bu konfransın keçirilməsi sevindiricidir”. Danimarkalı iştirakçılar isə mədəniyyətimizə heyran qaldıqlarını bildirirlər. David Hansen: “Bakı konfransında dünyanın hər yerindən iştirakçılar var. Qonaqpərvərlikdən çox razıyıq. Bakı ilə tanış olmaq bizim üçün çox gözəl fürsət oldu. Şəhəriniz, insanlar, mədəniyyətiniz, tarixiniz bizi valeh etdi”. Signe Mortensen: “Belə əhəmiyyətli tədbirdə iştirak etdiyimə görə çox şadam. Zəngin məlumatlar əldə edirəm. Bakı gözəl şəhərdir. Dünən milli mətbəxinizin dadına baxdım, çox bəyəndim”. Danimarkalı Jorgen Guldberg Rasmussen: “Bakıdan böyük zövq alıram. Şəhərdə gördüklərim məni valeh etdi. Xüsusilə paytaxtınızın təmizliyini bəyəndim, əsl gəziləsi şəhərdir”. İrlandiyadan gəlmiş Con Lalor: “Bu konfransda müxtəlif millətlərin nümayəndələri iştirak edirlər. Bu böyük miqyaslı tədbirin belə gözəl bir şəhərdə keçirilməsi bizi çox sevindirir. Eyni zamanda, Bakını gəzmək imkanımız var”.

Dünya skautlarının açıq məkan tədbirinə 300-ə yaxın iştirakçı qatılıb
Skautlar Xəzərin sahilində də düşərgə qurublar. Belə ki, Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çərçivəsində Xəzər dənizinin Binəqədi rayonunun inzibati ərazi vahidinə daxil olan sahillərində kamp düşərgəsi quran dünya skautlarının açıq məkan tədbirinə 120 ölkədən 300 nəfərə yaxın iştirakçı qatılıb. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə skautların 24 saat ərzində asudə vaxtlarını səmərəli şəkildə təşkil etmək üçün müvafiq şərait yaradılıb. Düşərgədə qonaqları Binəqədi rayonunun fəal gəncləri qarşılayaraq onlara rayonun adından xatirə hədiyyələri təqdim ediblər. Xəzərin sahillərində düşərgə quran skautlar bir neçə idman növü, holi rəng festivalı kimi maraqlı tədbirlərdə iştirak ediblər. Daha sonra tədbir musiqili-əyləncəli proqramla davam edib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksəkvəzifəli qonaqlar iştirak edirlər. Qeyd edək ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info