Şəmkir qalasının sirləri açılır
Tarix: 16.08.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Orta əsr Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. AMEA Arxelogiya və Etnoqrafiya İnsititunun ekspedisyası 2006-cı ildən başlayaraq Narınqala ərazisində tədqiqatları davam etdirir. İndiyə kimi Azərbaycanda orta əsr şəhər mədəniyyəti, buradakı insanların məşğuliyyəti, həyat tərzi öyrənilib. Tədqiqat zamanı məlum olub ki, həmin dövrdə şəhərdə saxsı borular vasitəsilə kanalizasiya xətləri də çəkilib. Şəhərdə dulusçuluğun inkişaf etdirildiyi, rəngli keramik və saxsı qabların, müxtəlf bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib. Şəhər memarlığı da diqqət çəkir. Orta əsr Şəmkir qalası istər monqolların, istərsə də rusların istilası zamanı dağıdılıb. Buna baxmayaraq, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.
Ekspedisiyanın rəhbəri Tarix Dostuyev AZƏRTAC-a müsahibəsində deyib: “Builki qazıntıların başlıca məqsədi monumental binanın hələ 2007-ci ildən başlanan tədqiqini başa çatdırmaq idi. Əvvəlki illərdə binanın cənub, şərq və mərkəz hissələri demək olar ki, öyrənilib. Amma şimal və qərb hissələri tədqiqatdan kənarda qalıb. Builki tədqiqatlarımız nəticəsində binanın şimal hissəsi tamamilə öyrənildi. Məlum oldu ki, bu hissədə 3 otaq yerləşir. Bütövlükdə isə əvvəllər düşünüldüyü kimi, monumental binanın 10-dan çox otağı olub və bütövlükdə iki min kvadratmetr sahəni əhatə edib.
Qeyd edək ki, divarların bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Qala divarları çiy kərpicdən hörülüb. Binanın hündürlüyü 5 metrə çatır. Otaqların isə təyinatından asılı olaraq ölçüləri dəyişir. Hər üç otağın qapıları aşkar edilib. İki otağın qapısı sütunlu həyətə, bir otağın qapısı isə cənuba doğru dəhlizə açılır. Monumental binanın şimal divarı tam açılaraq tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal divar da qəsr divarı kimi inşa edilib, yəni mərkəzdə, şərqdə və qərbdə dairəvi bürclərlə möhkəmləndirilib. Görünür ki, şimal-qərb bürcündə müəyyən uçqun olduğundan əlavə möhkəmləndirmə işləri aparılıb, divara dayaq inşa edilib. Bu, bina fəaliyyət göstərəndən təxminən yüz il sonra baş verib.
Orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür. Söz yox ki, bu da gələcəkdə Şəmkir qalasının turizm marşrutuna daxil edilməsinə əsas verəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info