Naxçıvanda üç obyekt inşa olunur
Tarix: 16.08.2017 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraxanbəyli kəndində tikinti-quruculuq işləri aparılır. Hazırda yaşayış məntəqəsi əsl tikinti meydançasını xatırladır. Kəndin girəcəyindən başlayaraq Qaraçuq kəndinə qədər gedən yol genişləndirilir. Bu ərazidə olan həyət evlərinə hasarlar çəkilir. Yolda torpaqbərkitmə işləri görülür.
AZƏRTAC xəbər verir ki, Qaraxanbəylidə həyata keçirilən kompleks quruculuq tədbirlərindən biri kənd məktəbi üçün inşa olunan yeni binadır. Binanın layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa edilən yeni bina 414 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Müəllim və şagirdlərin ixtiyarına 23 sinif otağı, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək. Onlar həm də kompüter və elektron lövhəli siniflərdən istifadə edəcəklər. Bunun üçün 2 kompüter otağı və 3 elektron lövhəli sinif nəzərdə tutulub. Məktəb binası fərdi qazanxana sistemi ilə qızdırılacaq. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edildiyindən inşaat işləri sürətlə aparılır. Bütün mərtəbələrdə əsas hörgü işləri başa çatdırılıb. Hazırda inşaatçılar binadaxili tikinti işləri ilə məşğuldurlar. Məktəbin ərazisi abadlaşdırılacaq, gülkarlıqlar salınacaq.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır. Burada abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər təklif olunacaqdır.
Kənd mərkəzinin binasında səhiyyə məntəqəsi üçün də otaqlar ayrılacaq. Bu isə qaraxanbəylilərə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək. Kənd sakinləri yaşayış məntəqəsində inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Burada sənaye malları mağazası, ət satışı yeri və müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları hər 3 obyektdə gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info