İctimai nəqliyyat və metroda vahid ödəniş kartından istifadə edilə bilər
Tarix: 02.05.2013 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi Bakı Metropoliteni ilə birgə metroda ödəniş kartlarının ictimai nəqliyyatda vahid ödəniş kartı sisteminə inteqrasiya olunması ilə bağlı işlər aparır. Bu barədə jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.
"Biz ictimai nəqliyyatda vahid ödəniş kartı sisteminə inteqrasiya olunma ilə bağlı işlər görürük. Nizama salınmalı olan müəyyən nüanslar var, lakin işlər davam edir. Onun bank kartı olduğunu nəzərə alsaq, onu saxtalaşdırmaq mümkün olmayacaq. Buna görə də ən yaxın perspektivdə bu kartlarla yeraltı və yerüstü dayanacaqlardan istifadə haqqını ödəmək mümkün olacaq" - deyə nazir müavini bildirib. M.Pənahov gələcəkdə bu kartlardan alış-veriş zamanı istifadə olunmasının mümkünlüyünü də istisna etməyib. Onun sözlərinə görə, bu ilin sonuna kimi Bakıda avtobuslarda gediş haqqı yalnız elektron kartlar vasitəsilə ödəniləcək: "Biz may ayından etibarən avtobuslarda avadanlıqların quraşdırılması işlərinə başlamışıq və sürücülər üçün təlimlər keçirəcəyik". Kartlara balans yüklənməsi şəhərin müxtəlif rayonlarında yerləşən banklar, kiosklar və mobil terminallar vasitəsilə mümkün olacaq. Nazir müavini deyib ki, ictimai nəqliyyatda gediş haqqının artımı ilə bağlı Nəqliyyat Nazirliyinin təkliflərinə Tarif Şurasında baxılır. Onun sözlərinə görə, gediş haqqının artımı ciddi olmayacaq. Belə ki, nazirliyin müraciətində gediş haqqının 30 qəpikdən də aşağı olması təklif edilir. Nazir müavini avtobus operatorlarının sayının maksimum azaldılacağını da açıqlayıb: "Biz bu gün əhaliyə avtobuslarda gediş üzrə xidmət göstərən şirkətlərin sayını maksimum şəkildə azaldacağıq. Düşünürəm ki, ilin sonuna kimi belə şirkətlərin sayı 3, ən çoxu 5 olacaq. Keçid dövründə onların sayı çox olub, buna görə də indi səmərəli seçim etmək lazımdır. Biz belə böyük sayda şirkətlərə nəzarət edə, hər dəfə onları ayrı-ayrılıqda cəzalandıra və s. bilmərik". Onun sözlərinə görə, bu o demək deyil ki, onlar hamısı işsiz qalacaq: "Mövcud şirkətlər birləşərək daha keyfiyyətli xidmətlər göstərən daha böyük şirkətlər yaradacaq. Şirkətlərin sayı az olarsa, onlara nəzarət etmək asan, xidmətlərin keyfiyyəti isə yüksək olacaq". Musa Pənahov onu da bildirib ki, Nəqliyyat Nazirliyi Şamaxinka (Bakının şimal çıxışı) adı ilə tanınan ərazidən Xırdalan dairəsinə qədər olan avtomobil yolunun genişləndirilməsi ilə bağlı layihə hazırlayır: "Biz görürük ki, yolda yüklənmə problemi var və artıq bu istiqamətdə işlərə başlanılıb. Bu ərazidə nəqliyyat axının rahatlığını təmin etmək məqsədilə bizdə onun genişləndirilməsi ilə bağlı layihə var. Orada körpülər, yol ayrıcları olacaq". Onun sözlərinə görə, layihə büdcə tərəfindən maliyyələşdiriləcək.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info