Naxçıvanda ikigünlük seminar təşkil olunub
Tarix: 16.08.2017 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Naxçıvan Biznes Mərkəzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsinin zəruriliyi”, “Təbriz Mehmanxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəkir Baş “Beynəlxalq təcrübədə xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsi və normaları”, “Naxçıvan” Universiteti Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova “Turizmin inkişafında xidmət sektorlarının rolu” mövzularında çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait təmin edilib. Özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Özəl sektorun inkişafı eyni zamanda xidmət sahələri üzrə peşəkar kadrların hazırlanmasını zəruri edir.
Qeyd olunub ki, bu gün muxtar respublikada turizmin inkişaf etdirilməsi xidmət sahələrinin rolunu daha da artırıb. Çünki xidmət sahələrində çalışan işçilər turistlərlə birbaşa təmasda olduqlarından onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də əsas məsələlərdəndir. Buna görə də xidmət sahələrində çalışan işçilərin öz peşəsini daha dərindən bilməsi, regiona gələn turistlərin tələbatlarına uyğun olaraq servislərin təşkili tələb edilir. Servislər zamanı göstəriləcək operativlik və peşəkarlıq bu sektorun uğuruna zəmin yaradır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, seminar bu gün başa çatacaq. Seminarda iştirakçılar “Xidmət sektorunda peşəkarlığın artırılması” və “Xidmət sahələrində çalışan işçilər üçün tələblər” mövzularında məruzələr dinləyəcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info