“Ölkənizdə birinci dəfə olmağıma baxmayaraq paytaxt Bakı haqqında gözəl təəssüratlarım var”
Tarix: 16.08.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqı qonaqpərvərliyini bir daha sübut edir. Bu gün 41-ci Dünya Skaut Konfransının Bakıda keçirilməsi Azərbaycanın sülhpərvər, dünya xalqlarının mədəniyyətinə hörmətlə yanaşan bir dövlət olduğunu göstərir.
Bu fikirləri Dünya Skaut Konfransında iştirak edən Səudiyyə Ərəbistanından olan Muhəmməd Attiah Əlhamadi deyib.
Qonaq bildirib ki, konfransda dünyanın bir çox ölkələrindən çoxsaylı gənclərin iştirakı Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin bu insanlar tərəfindən təbliğinə, tanınmasına təkan verəcək.
“Ölkənizdə birinci dəfə olmağıma baxmayaraq paytaxt Bakı haqqında gözəl təəssüratlarım var. İnanıram ki, belə mühüm tədbirlər ölkənizin müsbət imicini beynəlxalq arenada genişləndirəcək. Çox sevinirəm ki, bugünki sərgidə ziyarətçilərin nəzərinə iştirakçı ölkələrin mədəniyyət və tarixi müxtəliflikləri ilə bağlı məlumatlar çatdırılır. Bu, həm də o deməkdir ki, dünyanın hər yerindən bu mühüm tədbirə qatılan skautlar yer üzündə sülhün bərqərar olması naminə səylərini birləşdirərək, dünya xalqlarını yaxınlığa, doğmalığa, sülhə səsləyəcək”,- deyə Səudiyyə Ərəbistanından olan konfrans iştirakçısı vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info