Meksikada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Tarix: 16.08.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres (Maria Guadalupe Muruia Gutierrez) ilə görüşü keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, görüşdə Meksika Birləşmiş Ştatlarında akkreditə olunmuş İƏT dövlətləri səfirliklərinin rəhbərləri, həmçinin Meksika Xarici İşlər Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Görüş zamanı Meksika ilə İƏT dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, tərəflər arasında aktual olan digər məsələlər müzakirə olunub. Şuranın sədri, Misir Ərəb Respublikasının Meksikadakı səfiri Yasir Şaban çıxışı zamanı Deputatlar Palatasının sədrinə müraciət edərək İƏT üçün ən yüksək prioritet təşkil edən məsələlərdə Meksika tərəfinin davamlı dəstəyinə ümid etdiyini bildirib və bu prioritetlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xüsusilə qeyd edib.

Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir və Azərbaycan Respublikası ərazisinin işğalına son qoyulması tələb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info