Xəzərdəki yataqlarımızda dənizdibi seysmik stansiyalar harada quraşdırılacaq?
Tarix: 02.05.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar”, “Ümid” və “Günəşli” yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar ABŞ-ın “Kinemetrics” şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər.
Matias Franke və Edelvays Spasov səfər çərçivəsində AMEA RSXM-in Baş direktoru Qurban Yetirmişli ilə görüşüblər. Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə ARDNŞ-in, ”Xəzərneftqaz” layihə İnstitutu, Xəzər dəniz Neft Donanması, “Kinemetrics” şirkətinin nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılmasına da toxunulub. İlkin quraşdırma işlərinin “Bahar” yatağı ətrafında aparılması nəzərdə tutulub.
Qeyd edək ki, 3 dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur. Bu stansiyalar vasitəsi ilə Xəzər dənizinin Azərbaycan sektoru boyunca dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Dağıstan Azərbaycana düyü ixracına başlayıb
12.12.2019
İndiyədək BTC ilə 396 milyon ton Azərbaycan nefti nəql olunub
12.12.2019
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12.12.2019
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib
12.12.2019
“Mastercard”la nağdsız Azərbaycana doğru

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Ərdoğan Kembricdə tikilən məscidin açılış mərasiminə qatıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info