İdmançılar üçün zülallı qida zərərlidir
Tarix: 16.08.2017 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Məlumdur ki, idmançıların qida rasionunda zülallar üstünlük təşkil edir. Lakin həkimlər bununla əlaqədar ehtiyatlı olmağı tövsiyə edirlər. Onlar nümunə kimi 25 yaşlı Miqan Heffordun başına gəlmiş hadisəni təsvir edirlər.
AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, bodibildinq idmanı ilə məşğul olan bu qadın zülallı qida əlavələrindən fəal istifadə nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, Miqanı öz mənzilində huşsuz vəziyyətdə tapıblar. Üç gündən sonra isə o, xəstəxanada dünyasını dəyişib. Müəyyən edilib ki, Miqan ölümündən bir qədər əvvəl sentyabr ayında keçirilməsi nəzərdə tutulan yarışlara hazırlaşmağa başlayıbmış. O, gündə iki dəfə idman zalına gedir, tərkibində çoxlu zülallar olan qida pəhrizi saxlayır və üstəlik, zülallı qida əlavələrindən istifadə edirdi.
Həkimlər Miqanda sidik cövhəri dövriyyəsinin anadangəlmə pozulması diaqnozunu qoyublar. Bu mexanizm tərkibində azot çox olan məhsulların orqanizmdə parçalanaraq sidik cövhərinə çevrilməsini və sonradan ifraz olunmasını təmin edir. Belə pozuntuya çox nadir hallarda – orta hesabla 8000 nəfərdə bir dəfə rast gəlinir. Qidalanma norma çərçivəsində olduqda bu pozuntu özünü göstərmir. Lakin tədricən orqanizm zülal artıqlığının öhdəsindən gələ bilmir, insanın qanında və onurğa beyni mayesində ammonyak toplanmağa başlayır. Bu vəziyyət zahirən güclü yorğunluq şəklində özünü göstərir.
Ekspertlər idmançılar üçün qida əlavələri istehsalçılarını bu maddələrin etiketlərində həmin məhsuldan istifadə edilməsi ilə əlaqədar mümkün risklər və bu nadir xəstəlik barədə məlumat verməyə çağırırlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info