“Ümumdünya Skaut Konfransı gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verir”
Tarix: 16.08.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq baş katibi Pan Gi Munla görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E. Məmmədyarov Pan Gi Munun ölkəmizə səfərini yüksək qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir Pan Gi Munun BMT baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.

Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.

Pan Gi Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. Nazir Elmar Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür edib.

Pan Gi Mun 41-ci Ümumdünya Skaut Konfransının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib və belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.

Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info