Skautlar Bakıda müzakirələr aparmaları üçün hər cür şərait yaradıldığını deyirlər
Tarix: 16.08.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı maraqlı müzakirələrlə işini davam etdirir. Dünən konfrans iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən skautçular ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Konfrans iştirakçıları müzakirələrdə skaut hərəkatının inkişafı ilə bağlı səmərəli fikir və təcrübə mübadilələri aparır, Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edirlər. Beynəlxalq tədbirin iştirakçıları Bakı konfransının yüksək səviyyədə təşkil olunmasından razılıqlarını bildirir, ölkəmizin gözəlliyinə və xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını söyləyirlər.
Səudiyyə Ərəbistanının nümayəndəsi Əhməd Ələbsi deyib: “Bu, Azərbaycana ilk səfərimdir. Mən artıq Bakıda və Qəbələdə olmuşam. Azərbaycanda məni landşaftların və iqlim qurşaqlarının müxtəlifliyi heyrətləndirdi: burada həm meşələr, həm çöllər, həm də dəniz çimərlikləri var. Qəbələ çoxsaylı görməli yerləri olan son dərəcə gözəl diyardır. Bakı isə daim həyat qaynayan müasir şəhərdir. Azərbaycanlıların qonaqpərvərliyi də mən heyran qoydu: istər tədbir təşkilatçıları, istərsə də sadə insanlar bizə hər cür dəstək göstərirlər. Konfrans məzmunlu və maraqlı keçir. Bakı Konqres Mərkəzi kimi gözəl bir binada başqa cür ola bilməzdi”. Qonaq həmçinin deyib: “Mənim üçün skaut olmaq ilk növbədə harada olursansa ol, daim başqalarına yardım göstərməyə hazır yaxşı insan və vətəndaş olmaq deməkdir. Skautinq bir həvəs deyildir, onun ardıcıllarının həyat tərzidir”.
Avstraliyalı Ross Tutin deyib: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Təəssüratlarım olduqca yüksəkdir. Bakıda qədimlik və müasirliyin sintezinin şahidi olmaq məndə çox böyük maraq yaratdı. Təbii ki, yeni ölkələrə səyahət etmək çox yaxşıdır. Müxtəlif xalqların mədəniyyətləri ilə tanış olursan. Əminəm ki, Bakı konfransı dünya skaut hərəkatının inkişafına mühüm töhfə verəcək”. Konfransın Avstraliyadan olan digər iştirakçısı Kris Bates də təşkilatçılıqdan məmnun qaldığını dilə gətirib: “Yeni ölkələrə səyahət etmək əla təcrübədir. Bakıda skautların gələcək strateji planlarını müzakirə edirik. Mən Qəbələdə və Qobustanda oldum. Axşam saatlarında insanların şəhərdə gəzintisi məni valeh etdi. İçərişəhər haqqında çox eşitmişdim. Buranı görmək arzusunda idim. Çox sevinirəm ki, mənə İçərişəhərdə qalmaq qismət oldu”. Çinli Yosef Yi Leunq Launun da fikirlərində razılıq ifadə olunub: “Bakı çox təmiz, səliqəli şəhərdir. Dünya Skaut Konfransının burada keçirilməsindən çox şadam, təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Dünən İçərişəhəri gəzdim, Azərbaycan mətbəxinizin ləziz təamlarını daddım, çox gözəldir”. Uqandadan olan iştirakçı Stiv Pauleus: “İlk dəfədir Azərbaycandayam. Belə bir konfransda iştirak etmək çox xoşdur. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum. İnsanlar çox mehribandır, bizimlə dostcasına ünsiyyət qururlar”. Nigeriyalı Jaap Boot: “Azərbaycan çox xoşuma gəldi. Bakı olduqca maraqlı şəhərdir. Belə bir şəhərlə tanışlıq, insanların qonaqpərvərliyi məndə unudulmaz hisslər yaradıb.
Konfransın uqandalı digər iştirakçısı Riçard Kamya da təşkilatçılıqdan razılığını dildirib: “Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrin skautları burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Hər şey əladır - hava limanından tutmuş konfransın keçirildiyi məkana qədər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info