Rəsul Quliyev təhqir etdiklərini birliyə çağırır
Tarix: 02.05.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


ABŞ-dan tez-tez müxalifəti tənqid və təhqir edən ACP lideri Rəsul Quliyev mətbuata verdiyi son müsahibədə müxalifətə qeyd-şərtsiz birləşmək təklifini edib. Lakin onun bu təklifi etməsi heç bir müxalifət liderinə real görünmür. Çünki onun bir sıra müxalifət partiyaları rəhbərlərinə qarşı vaxtaşırı səsləndirdiyi təhqirlər ilə hazırkı birlik təklifi arasında antoqonizm mövcuddur. Əgər Rəsul Quliyevin müxalifət liderlərinə qarşı səsləndirdiyi təhqiramiz fikirlərə nəzər yetirsək, onda onun müxalifətin xalq arasında onsuz da həddindən artıq aşağı nüfuzuna zərbə vuran şəxslər içində birincilərdən olduğunu görərik.
Bəs bu təklifin arxasında hansı məqsədlər dayanır? Rəsul Quliyevin birlik təklifi nə dərəcədə realdır? Siyasi cəhətdən artıq tükənən Rəsul Quliyev hər dəfə ölkə gündəminə gəlmək üçün müxtəlif vasitələrdən istifadə edir. Müxalifətçiliyin köhnə haqq-hesabları bağlamaq olduğunu düşünən R. Quliyev yalnız şəxsi və partiya maraqlarından çıxış edərək verdiyi açıqlamalarla liderlik etdiyi partiyanın cəmiyyətin siyasi həyatında rol oynadığını göstərmək istəyir.
Mövzunu Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə davam etdirdik. Onun məsələyə münasibəti belə oldu: “Əvvəla onu deyim ki, indiyədək Rəsul Quliyevdən ziddiyyətli bəyanatlar eşitmişik. Onun müxalifətçiliyinin özülünü qisasçılağın təşkil etdiyi aydın müşahidə olunur. Çünki Rəsul Quliyev hakimiyyətdə olduğu dövrdə indiki müxalifət partiyalarının sədrləri və partiyaları haqqında ən ağır sözləri işlədib. Ona görə də onun indiki sözləri heç vaxt səmimi xarakter daşıya bilməz. İkinci məsələ odur ki, Rəsul Quliyev hər seçki öncəsi Azərbaycana gələcəyini və seçkilərdə iştirak edəcəyini bildirir, lakin gələ bilmir, bunun günahını da başqalarında axtarır. Eyni zamanda hazırda müxalifətdəki şəxslərin haqqında təhqiramiz ifadələr işlədərək, onları aşağılayır. Məsələn, Rəsul Quliyev axırıncı verdiyi açıqlamaların birində İsa Qəmbər və Eldar Namazovun heç rəhbərlik etdikləri təşkilatın daxilində səs çoxluğu qazana bilməyəcəklərini, buna baxmayaraq prezident seçkilərində iştirak etmək istədiklərini deyib. Belə olan təqdirdə hədsiz zəif olan müxalifətin hansı birliyindən söhbət gedə bilməz.. Qeyd-şərtsiz birləşmək məsələsinə gəldikdə isə belə bir sual meydana çıxır: “Qeyd-şərtsiz birləşmək nədir?” Axı birləşmək üçün vahid proqram, məqsəd lazımdır. Bu isə qeyri-realdır. Səbəb isə odur ki, müxalifət partiyaları proqramlarında bir-birilərinin mövqeyini qəbul etmirlər. Biri vahid namizədlə, biri əsas namizədlə, biri də çoxsaylı namizədlərlə seçkidə iştirak etməyin tərəfdarıdır. Bundan başqa, müxalifətin içərisində Rusiya yönümlü, Qərb yönümlü insanlar da çoxdur. Rəsul Quliyev son dövrlərdə tamamilə məntiqini itirib. Həm mütəmadi şəkildə müxalifəti sərt formada tənqid edir, bütün uğursuzluqlarda günahlandırır, digər tərəfdən isə birliyə çağırışlar edir. Onun birlik təklifi isə hökm kimi qəbul olunmur. Dəfələrlə ünvanına sərt tənqid və təhqirlər səsləndirdiyi müxalifət partiyalarının sədrləri də onunla, rəhbərlik etdiyi partiya ilə eyni sırada yer almaq istəməz və sözügedən partiyaların rəhbərliyində təmsil olunan şəxslər partiyadaxili qurumlara belə partiyalarla heç bir əlaqə qurmamaq barədə tapşırıq verdiklərini bildiriblər. Arif Hacılının müxalifətə xəyanət edən, dönük çıxan şəxslərlə birləşməyəcəkləri ilə bağlı söylədiyi fikir dediklərimizi bir daha təsdiq edir. Ona görə Rəsul Quliyevin təklifini ümidsiz təklif hesab edirəm”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info