Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq
Tarix: 16.08.2017 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-də Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrdə Aİ-nin gücü 900 vattdan, akustika gücü 80 desibeldən yuxarı olan tozsoranların satışını qadağan edən direktiv qüvvəyə minir. “EurActiv” informasiya resursu xəbər verir ki, Avropa Komissiyasının fikrincə, elektrik enerjisinin istehlakını azaltmaq məqsədi daşıyan direktiv istehlakçıların qənaət etməsinə imkan verəcək. Ekspertlərin hesablamalarına görə, tozsoranların gücünün məhdudlaşdırılması 2020-ci il üçün Aİ-yə elektrik enerjisinə ildə saatda 20 teravattadək qənaət olunmasını təmin edəcək, istehlakçı isə gücü daha az olan qurğunun bütün istismar müddəti ərzində 55 avrodan çox qənaət edə biləcək. Sentyabrın 1-dən Aİ ölkələrində pərakəndə satış subyektlərinə gücü 900 vattdan çox olan tozsoranların anbarlarda ehtiyatı bitənə qədər onları satmaq icazəsi veriləcək. Aİ-nin direktivi yuma funksiyalı, sənaye və robot tipli tozsoranlara şamil edilməyəcək. Yeni tələblərə müvafiq olaraq, tozsoran istehsalçıları qablaşdırmada qurğuların nə qədər enerji istehlak etdiyini göstərməlidirlər. Yaşıl “A” hərfi enerji istehlakı səviyyəsinin aşağı, qırmızı “G” hərfi enerji istehlakı səviyyəsinin yüksək olduğunu bildirəcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info