Reneqat Namazovun Moskva “el”çiliyi
Tarix: 02.05.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Namazovun Moskvaya səfəri
şübhəlidir”


Müxalifət düşərgəsində təmsil olunan ənənəvi müxalifət başçıları, köhnə simalar hər dəfə olduğu kimi, bu dəfə də ümidlərini xarici dairələrə, xaricdə fəaliyyət göstərən mərkəzlərə dikiblər. Onlar bu dəfə də hansısa məchul “x” gününü gözləyirmişlər kimi, seçki ərəfəsində xaricdən özlərinə kömək, dəstək gözləyirlər. Yaxud da xarici dairələrdən seçki ərəfəsində pul almaq, vəsait əldə etmək üçün min cür dona girirlər, bununla bahəm, özlərini cəmiyyətdə “ana müxalifət”, “ziyalı”, “siyasi ekspert” kimi qələmə verirlər. Bütün bu cür donlara girməkdə ənənəvi müxalifət başçılarının məqsədi müxalifət düşərgəsində “önə çıxan” kimi tanınıb, xarici qüvvələri cəlb etmək, onların maliyyəsinə ümid etməkdir.
Əslində müxalif başçıların seçkidə qalib gəlmək üçün real gücü yoxdur, onların nə sosial bazası, nə seçki platforması, nə də ki hər hansı ictimai nüfuzu yoxdur. Müxalif başçıların özləri də bunu yaxşı bilirlər. Ona görə də seçkidə qalib gəlməyə yox, “ana müxalifətçilik” üstündə bir-birilərilə rəqabət aparıb, hər biri xaricdəki şübhəli dairələrdən gələ biləcək pul vəsaitini ələ keçirmək, “seçki kampaniyası” adı altında xərcləməyə ümid edir. Radikal başçılar bunun üçün hətta xarici dairələrin bütün sifarişlərini yerinə yetirməyə, onların ayağına getməyə hazırdırlar və bunu hər məqamda nümayiş etdirirlər. Bu isə müxalifətin radikal kəsiminin satqınlıq əmsalının nə qədər “yüksək” olduğunu qabarıqlığı ilə ortaya qoyur.
Bu aralar müxalifət düşərgəsində “el” adlı qurum yaradıb siyasi ambisiyalarını ifadə etməyə çalışan Eldar Namazov da Moskvaya çox mübhəm bir səfər edib. Belə ki, iki günlük Moskvada olan Namazov bu səfərini mətbuatdan yeri düşdükcə gizlətməyə çalışır, bu barədə dolaşıq və qeyri-səmimi açıqlamalar verir. Amma bir sıra məqamlara diqqət yetirəndə onun bu səfəri ilə bağlı bəzi təxminləri söyləmək yerinə düşər. Belə ki, Eldar Namazov “ziyalılar forumu”nda təmsil olunan, alınmayan “milli şura” sevdasının ideya müəllifi Rüstəm İbrahimbəyovla görüşmək üçün Moskvaya səfər etdiyini hər halda bildirib. O, qeyd edib ki, “Rüstəm İbrahimbəyovla görüş zamanı aktual olan bir sıra məsələlər müzakirə ediləcək”. Əslində mətbuata və prosesləri izləyənlərə çoxdan bəllidir ki, Rüstəm İbrahimbəyov Moskvada yaşayır və fəaliyyət göstərir. Bu adam indiyə qədər antiazərbaycan açıqlamaları və Əkrəb Naibovla səsləşən, azərbaycanlı heysiyyətini tapdalayan fikirləri ilə məşhurdur. Eyni zamanda, R.İbrahimbəyovun Rusiyadakı dairələr tərəfindən yönləndirildiyi, onun “milli şura” ideyasının, yaxud da Namazovun “el” qurumunun da Rusiyadakı dairələrin layihəsi olduğu müxalifət düşərgəsində və prosesləri izləyənlər tərəfindən qəbul edilir. Belə bir ərəfədə Namazovun Moskvaya Azərbaycan ictimaiyyətindən gizli saxlamağa çalışdığı səfəri yalnız və yalnız onun maliyyə məqsədləri ilə bağlı “elçiliyə”, yaxud əl-ayağa düşməsi ilə yozula bilər. Belə bir ərəfədə Namazov həm də öz “el”i ilə bağlı “hesabat”ı “əyani şəkildə vermək üçün Moskvaya yola düşə bilər. Onun orada R.İbrahimbəyovla tapışması isə Azərbaycan milli maraqlarına yad olan bu iki adamın bir daha həmin dairələr tərəfindən yönləndirildiyini deməyə əsas verir.
Bu barədə qəzetimizə fikirlərini bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev belə qeyd edir: “Namazovun bununla bağlı açıq bir açıqlamasını gözləmək lazımdır. Amma hər halda onun məhz Rusiyaya səfər etməsi Azərbaycanda şübhələr oyadır və bu şübhələrin oyanması da kifayət qədər təbii və əsaslıdır. Bu bir daha göstərir ki, indiyə qədər “el” qurumunun Moskvanın bir layihəsi olduğu və Namazovun xaricdən yönləndirildiyi ilə bağlı fikirlər məntiqə və arqumentlərə söykənir. Bir sözlə, Namazov burada da özünü şübhəli aparır”.
Ə.Əliyev qeyd etdi ki, VİP partiya olaraq Azərbaycan mənafelərinə sadiqdir: “Hesab edirik ki, xarici tərəflərlə münasibət və əlaqələr əməkdaşlıq məsələlərindən o yana keçməməlidir. Əgər hər hansı xarici qüvvə ilə qaranlıq məsələlərdə işbirliyinə gedilirsə, bu halda bu işbirliyinə gedən siyasi qurum və ya şəxs faktiki olaraq xaricə işləyən qüvvə kimi qəbul edilməlidir. Ona görə də mən Namazovun bu cür gedişlər etməsinə şübhə ilə yanaşıram. Bu cür addımlar bəyənilməməlidir. Bizim partiyamızın öz prioritetləri var və prioritetlərimiz dəyişmir. Belələrindən fərqli olaraq, hər hansı situativ maraqlar naminə prinsip və prioritetlərimizdən əl çəkən deyilik”.
Qeyd edək ki, millət vəkili, politoloq A.Mirzəzadə də bildirdi ki, Namazovun “el” adlı qurumun yaradıldığını elan edəndən dərhal sonra Rusiya paytaxtına səfər etməsi, olduqca şübhəlidir: “Bu, əslində Namazovun xarici dairələrə işləməyə can atdığını göstərir. O, səfərinin məqsədini cəmiyyətdən gizlədir. Amma özlüyündə məlum məsələdir ki, niyə belə davranır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info