ABŞ-ın Mərkəzi Asiya planı: Pentaqon Düşənbədə hərbi baza yaratmaq istəyir
Tarix: 16.08.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Tacik ekspert:
“ABŞ-la Rusiya arasında olan gərgin münasibətləri, Düşənbənin Moskvadan olan asılılığını nəzərə alsaq, rəsmi Düşənbə çətin ki, üzərinə ABŞ-ın maraqlarına cavab verən öhdəliklər götürsün”

ABŞ ordusunun quru qoşunlarının komandanı general-leytenant Maykl Qarretin Düşənbə səfəri Vaşinqtonun regionda möhkəmlənmək istəyi kimi qəbul edilir. General Qarret ABŞ-Tacikistan münasibətləri və Əfqanıstanla sərhəddə təhlükəsizliyin təmin olunması ilə bağlı danışıqlar aparıb. Amma ekspertlər amerikalı generalın Düşənbə səfərinin arxasında başqa məqamların dayandığını bildirirlər.
Hesab edilir ki, Vaşinqton rəsmi Düşənbə ilə hərbi sahədə əməkdaşlığı daha da dərinləşdirərək Tacikistan ərazisində hərbi baza yaratmağı hədəfləyir. Bu, general Qarretin Düşənbəyə ilk səfəridir. Ötən il Qazaxıstan və Özbəkistana səfər edən Qarretin bu dəfə Düşənbəni ziyarət etməsi Vaşinqtonun hərbi dairələrinin Mərkəzi Asiya ilə bağlı müəyyən plana malik olduğunu göstərir. Tacikistanın Əfqanıstanla sərhəddə yerləşməsi ABŞ-ın bu ölkəyə marağını daha da artırır. General Qarretin görüşlərinin əsas mövzularından biri də elə Əfqanıstan olub. Qeyd edək ki, 2005-ci ildən etibarən faktiki olaraq Tacikistan-Əfqanıstan sərhədinin təhlükəsizliyi amerikalı hərbçilər tərəfindən təmin edilir. Əvvəllər həmin bölgədə Rusiya hərbçilərinin çoxluğu daha çox diqqət çəkirdi. Amma indi vəziyyət bir qədər fərqlidir.

ABŞ-ın 3 prezidentinin müşaviri olmuş Frederik Starr:
“Əfqanıstanın taleyi Mərkəzi Asiya dövlətləri ilə sıx bağlıdır. Ona görə də bizim Əfqanıstanda olmağımız, ABŞ-ın burada, keçmiş sovet Mərkəzi Asiyasında olmasına da müsbət təsir edəcək”


Moskva bu məsələyə görə Düşənbəyə müəyyən təzyiqlər də edir. Əfqanıstan-Tacikistan sərhədində yaranan son gərginliklər fonunda Rusiya hərbçilərinin regiona qayıtması ilə bağlı xəbərlərin sayı çoxalıb. Rusiya xarici siyasət idarəsinin bu yaxınlarda verdiyi bəyanat da bunu təsdiqləyir. Rusiya ABŞ-dan tələb edib ki, qoşunlarını Əfqanıstandan çıxarsın. Amerikalı əsgərlərin Əfqanıstandan çıxmasını tələb edən təkcə ruslar deyil. Taliblər də bu tələbi səsləndirirlər. Qərb mediasında taliblərin liderlərinin açıq məktubu yayılıb. Həmin məktubda qeyd edilir ki, amerikalı əsgərlərin Əfqanıstanda olmasının heç bir müsbət perspektivi yoxdur. Hazırda Əfqanıstanda 8,5 min əsgər saxlayan ABŞ-ın oranı tərk etmək fikri yoxdur. Bu yaxınlarda Düşənbəyə səfər etmiş Con Hopkins Universitetinin Qafqaz və Mərkəzi Asiya İnstitutunun rəhbəri, ABŞ-ın 3 prezidentinin müşaviri olmuş Frederik Starr yerli mətbuata müsahibəsində bildirib ki, Əfqanıstanda olan ABŞ əsgərlərinin sayı arta bilər. Ekspert hesab edir ki, əsgərlərin sayı ilə yanaşı Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə olan marağı da artacaq: “İndi hər şey dəyişir. Həm Amerika, həm də Mərkəzi Asiya yenidən öyrənir və daha yeni baxışlarla baxmağa başlayıblar”. Ekspert hesab edir ki, Əfqanıstanın taleyi Mərkəzi Asiya dövlətləri ilə sıx bağlıdır: “Ona görə də bizim Əfqanıstanda olmağımız, ABŞ-ın burada, keçmiş sovet Mərkəzi Asiyasında olmasına da müsbət təsir edəcək”.

Hərbi ekspert Viktor Litovkin:
“ABŞ-ın uzunmüddətli məqsədi regionda hərbi baza yaratmaq və istənilən yolla bu ərazidə möhkəmlənməkdir. Tacikistan, Türkmənistan və Qırğızıstan Rusiyaya yaxın ərazilər olduğundan Vaşinqton üçün bura çox vacib bölgədir”


Hərbi ekspert Viktor Litovkin “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Vaşinqton Mərkəzi Asiya ölkələrində möhkəmlənmək üçün istənilən danışıqları aparacaq. Bunun üçün Vaşinqton həmin ölkələrə hərbi təlimlər keçirə, hərbi-texniki yardımlar edə bilər. Hazırda Düşənbənin 45 km-liyində yerləşən Tursunzadədə ABŞ-ın hərbi-təlim mərkəzi yerləşir: “ABŞ-ın uzunmüddətli məqsədi regionda hərbi baza yaratmaq və istənilən yolla bu ərazidə möhkəmlənməkdir. Tacikistan, Türkmənistan və Qırğızıstan Rusiyaya yaxın ərazilər olduğundan Vaşinqton üçün bura çox vacib bölgədir. Amma unutmaq lazım deyil ki, Tacikistan və Qırğızıstan KTMT üzvü, yəni Rusiyanın müttəfiqidirlər. Amerika bazasının bu ölkələrdə yerləşməsi müttəfiqlik münasibətlərinə təhdid kimi qəbul ediləcək. Amerikalıların Mərkəzi Asiya ölkələrinə hərbi yardımlarının səbəbi hamıya bəllidir”. Atambayevin ABŞ hərbi bazasını bağladığını bildirən ekspert deyib ki, çətin ki, Tacikistan öz ərazisində ABŞ bazasının yaradılmasına imkan versin. Tacik ekspert Xursand Xurramov da amerikalı generalların regiona ardıcıl səfərlərinin səbəbsiz olmadığını deyib: “Tacikistana daha sıx hərbi əməkdaşlıq, o cümlədən hərbi baza yaratmaq təklif oluna bilər. Məsələ ondadır ki, son vaxtlar Əfqanıstandakı radikallar xüsusilə Tacikistan sərhədinə yaxın ərazilərdə fəallaşıblar. Amma ABŞ-la Rusiya arasında olan gərgin münasibətləri, Düşənbənin Moskvadan olan asılılığını nəzərə alsaq, rəsmi Düşənbə çətin ki, üzərinə ABŞ-ın maraqlarına cavab verən öhdəliklər götürsün”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info